AZADFİKİRLİ

I
прил. свободомыслящий, вольнодумный. Azadfikirli adam свободомыслящий человек
II
сущ. вольнодумец, вольнодум
AZADƏSƏR
AZADFİKİRLİLİK
OBASTAN VİKİ
Azadfikirlilik
Azadfikirlilik — dini ehkamların rasional qavranışının qadağan olunması əleyhinə çıxan və həqiqəti axtarmaqda zəkaya sərbəstlik verən ictimai fikir cərəyanı. == Tarixi == Tarixən azadfikirlilik dinin müxtəlif formada tənqidində təzahür edir. "Azadfikirlilik" terminini ilk dəfə ingilis deisti Entoni Kollinz "Azadfikirlilik haqqında mühakimə" (1713) traktatında işlətmişdir. Quldarlıq cəmiyyətində azadfikirlili Şərq və Qərb mütəfəkkirlərinin materialist təlimlərində, xüsusən Heraklitin, Empedoklun, Demokritin, Epikürün, Lukresi Karın, Lukianın və başqalarının əsərlərində öz ifadəsini tapmışdır. Dini ideologiyanın tam hökmran olduğu orta əsrlərdə azadfikirliliyin formalarından biri elmi həqiqətlərin və dini görüşlərin müstəqil və bərabər hüquqlu əhəmiyyəti haqqında ideyanı təsdiq edən "ikili həqiqət" nəzəriyyəsi idi ki, İbn Sina, İbn Rüşd və başqaları bu nəzəriyyə ilə çıxış etmişlər. XII əsr gürcü şairi Şota Rustaveli, XVI əsr rus mütəfəkkiri Feodosi Kosoy azadfikirliliyin görkəmli nümayəndələri olmuşlar. Pyotro Pomponassi, Ulrix fon Hutten, Rotterdamlı Erazm və başqalar kimi intibah dövründə görkəmli alimlər, filosoflar, yazıçılar azadfikirlilik mövqeyindən çıxış etmişlər. Böyük Fransa inqilabı ərəfəsində azadfikirliliyin ən tanınmış nümayəndələrindən biri dinin tənqidində görkəmli rol oynayan Volter olmuşdur. Həmin dövrdə azadfikirlilik ənənələrini tanrı ideyasını inkişaf etdidən Lametri, Holbax, Didro və başqaları ardıcıl inkişaf etdirmişlər. Sonralar dini məsələri maneəsiz müzakirə etmək cəhdləri XVIII–XIX əsrlər burjua inqilabları ideoloqlarının müxtəlif ölkələrdə irəli sürdükləri vicdan azdlığı tələbində ifadə olunmuşdur.

Значение слова в других словарях