Диалектологический словарь азербайджанского языка.

  • DİBLƏMƏG

    (Lənkəran) plovun yanmaması üçün qazanın altını palçıqla suvamaq, şirələmək. – Qari çölməyi dibli:r

    Полностью »
  • DİD

    did vırmağ: (Kürdəmir, Qəbələ) 1. cücərmək (Kürdəmir). – Arpa yenicə did vırıb 2. deşmək (Qəbələ). – Cücə yumurtıya did vırıp

    Полностью »
  • DİDAR

    (Şamaxı) imkan. – Didarım yoxdu

    Полностью »
  • DİDAVAN

    (Qafan) ilk cücə, yumurtadan birinci çıxan cücə. – Sarı toyuğun altda on iki yumurta qoymuşdum, didavanı göründü, beyjə hamısı çıxar

    Полностью »
  • DİDDƏMƏK

    (Kürdəmir) deşmək

    Полностью »
  • DİDDİ

    (Kəlbəcər) ağcaqanad. – Zalım oğlunun diddisi yatmağa qoymur

    Полностью »
  • DİDDİLİ

    (Ağdam, Bakı, Bərdə, Kürdəmir, Laçın, Oğuz) bax diddi. – Kür qırağında diddili çox olur (Bərdə)

    Полностью »
  • DİDEY

    (Zaqatala) böyük qardaşa müraciətlə deyilən söz

    Полностью »
  • DİDƏ

    (Quba) ana. – Didə, çüreg vər mənə

    Полностью »
  • DİDƏBAN

    (Şamaxı) tüfəngin nişangahı. – Bu tüfəngin didəbanı çox balacadı

    Полностью »
  • DİDİNTİ

    (Qazax) yun qırıntısı, qalığı. – Bu yun nə: lazımdı, hamsı didintidi

    Полностью »
  • DİDİY

    (Zaqatala) ata. – Mənim didiyim şofir işdiyir

    Полностью »
  • DİDMƏ

    (Zəngilan) yumrulanıb qurudulmuş mal nəcisi. – Didmə sajın altda yaxşı yanır

    Полностью »
  • DİDVƏ

    (Yardımlı) otun ucu. – Quzi didvə yey

    Полностью »
  • DİFA

    difa eləmax: (Təbriz) çıxış etmək. – Quli qalxdı difa elədi

    Полностью »
  • DİFDİX’

    (Qazax, Tovuz) saç. – Duruf difdiyiηi yolaram, çox danışdırma məni (Qazax); – Gəlif sənin o difdix’ləriηi yolujam, ay yazıx (Tovuz)

    Полностью »
  • DİFDİRİNGİ

    (Lənkəran) yüngülxasiyyət

    Полностью »
  • DİGƏ

    (Şamaxı) yaylaq. – Ya digəsində olar, ya qışdağında

    Полностью »
  • DİGİ

    (Qax) bax diki

    Полностью »
  • DİGİRD

    (Şamaxı) arabanın qolu. – Arabanın digirdi sınıb

    Полностью »
  • DİĞ

    (Quba) qoyun qığı. – Cəfər diğdən gübrə çıxartdi

    Полностью »
  • DİĞDİĞƏ

    (Cəbrayıl) puç, içi boş (qoz). – Diğdiğə qozın ləpəsi olmaz

    Полностью »
  • DİĞLƏMMƏG

    (Quba) bərk kədərlənmək

    Полностью »
  • DİX’

    (Göyçay, Mingəçevir) bax ding

    Полностью »
  • DİX’XİRƏTDƏX’

    (Çənbərək) pisxasiyyət (adam). – Dix’xirətdəx’ adam heş yanda camahatnan yole:tməz

    Полностью »
  • DİX’XİRTDƏX’LİX’

    (Çənbərək) pisxasiyyətlilik. – Qaranıη başına hər iş gəldi dix’xirtdəx’liyinin üstünnən

    Полностью »
  • DİJMİR

    (Meğri, Ordubad) nadinc, şuluq. – Səlimin bir dijmir uşağı var (Meğri); – Yaman dijmir uşaxdı o (Ordubad)

    Полностью »
  • DİKCƏ

    (Salyan) təndirin yanında xəmir tabağı qoyulan dik yer. – Dikcə təndirin yanındo: lar; – Dikcə:n üsdünə biz xəmir tabağın qoyaruğ

    Полностью »
  • DİKİ

    (Zaqatala) motal. – Əli bu gün diki almışdı

    Полностью »
  • DİKİCİQ

    (Zaqatala) bax diki. – Dadaş dağdan mə:mçün bir dikiciq gətirmişdi

    Полностью »
  • DİQASİN

    (Lənkəran) çayda balıq tutmaq üçün tor. – Diqasini çək, balıx tüşür; – Diqasini iki nəfər çəkər

    Полностью »
  • DİQİR

    (Qax) qalmaqal, səs-küy. – Kiri hələ, diqir eləmə

    Полностью »
  • DİQQİ

    (Naxçıvan, Ordubad) vərəm xəstəliyi. – Diqqi pis xəstəlıxdı (Ordubad)

    Полностью »
  • DİLAB

    (Bakı, Ordubad, Şamaxı) taxça. – Mücri dilabdadi (Şamaxı)

    Полностью »
  • DİLAF

    (Gəncə, Oğuz, Şuşa) bax dilab. – Tez ol, dilafdan bir az mürəbbə çıxart gəti, qonağın qavağına qoy (Gəncə); – Dilafa qab da yığıllar, yorğan-döşəx’ də

    Полностью »
  • DİLAL

    (Gədəbəy) xingal. – Dilalı qaşıxnan ye:irix’

    Полностью »
  • DİLANQA

    (Şəki) meşədə ağaca vurulan nişan. – Meşədə ağacı piçətdiyirdi hökumət, huna dilanqa diyirdilər

    Полностью »
  • DİLAV

    (Qax) bax dilab

    Полностью »
  • DİLAVASAR

    (Qax) çatlamamaq üçün divarın ortasına qoyulan ağac

    Полностью »
  • DİLBAŞ

    (Culfa, İmişli, Şamaxı, Zəngilan) 1. qaramalın dilində əmələ gələn şiş (İmişli, Culfa, Şamaxı) 2. dildə səpgi, qızartı (Zəngilan)

    Полностью »
  • DİLBAZ

    (Salyan) dilli-dilavər. – Bı qız çox dilbaz qızdu; – Dilbaz adam zirəy olar

    Полностью »
  • DİLBƏND

    (Qax) tərcüməçi

    Полностью »
  • DİLBƏSTƏ

    (Təbriz) vurğun. – Mən indi də nəvələrimə dilbəstəyəm

    Полностью »
  • DİLCIRAN

    (Qazax) yemiş növü. – Dilcıran şirin olor

    Полностью »
  • DİLÇİ

    (Qax) aravuran

    Полностью »
  • DİLDALIYAN

    (Basarkeçər) sarmaşığa oxşar bitki. – Dildalıyanı hələ-bələ yemillər, ama onnan dən çıxır küncüt kimi

    Полностью »
  • DİLƏDÖYMƏ

    (Zəngilan) uşaq oyunu adı

    Полностью »
  • DİLƏMAĞ

    (Dərbənd) nişanlamaq, nişan taxmaq. – Əli unun qızini uğluna dilədi. – Qız diləmişüg uğlumuzçün

    Полностью »
  • DİLƏMAX

    (Qax, Şəki) nişanlamaq. – Qızı gələndə burda dilədim getdi (Şəki); – Bu gecə qızı diləmağa gələcaxlar (Qax)

    Полностью »
  • DİLƏNKƏ

    (Cəlilabad) meşənin qırılmaq üçün ayrılmış sahəsi. – Ağac qıranda dilənkədən qıreylər, yoxsa abeşig tutey

    Полностью »