azotlu

azotlu
azotlaşmaq
azotobakter
OBASTAN VİKİ
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == İstehsal tarixi == Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr — azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.
Neftin azotlu birləşmələri
Neftin azotlu birləşmələri – alifatik, aromatik aminlərin, həmçinin heteroaromatik birləşmələrin mürəkkəb qarışığıdır. Onların ən sadə nümayəndələrindən biri RNH2. == Birləşmənin aqreqat halı == Bu birləşmələrin alçaqmolekullu nümayəndələri qaz, yüksəkmolekullu nümayəndələri isə mayelərdir. == Neftin tərkibində azotun miqdarı == Neftin tərkibində azotun miqdarı 1%- dən artıq olmur. Neft yatağından asılı olaraq bu faiz azalır. Azotlu birləşmələr yüksək temperaturda qaynayan fraksiyalarda və əsasən ağır qalıqlarda konsentrə olunub. Məsələn, Balaxanı neftinin distillatlarında azotun miqdarı: kerosində 0,015, qazoylda 0,081, maşın yağında 0,16, ağır silindr yağında 0,313, yüngül silindr yağında 0,418, qudronda 1,027% təşkil edir. Azotlu birləşmələrin əsas hissəsi neftdən 50–600C temperaturda 40 %-li sulfat turşusu ilə etil spirtinin qarışığı vasitəsilə çıxarılır. == Azotlu birləşmələrin qrupları == Azotlu birləşmələr iki böyük qrupa bölünür: azotlu əsaslar və neytral azotlu birləşmələr. == Azotlu əsaslar == Azotlu əsaslar – bir(bəzən iki) halqada azot atomunun əvəzolunması nəticəsində alınan və üçə qədər halqası olan heterotsiklik əsaslardır.

Значение слова в других словарях