Bərf Anbar
Bərf Ənbar (fars. برف انبار) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.