BAĞACIQ

сущ. зоол. зерновка (насекомое из сем. жуков, вредитель бобовых культур)
BAĞA
BAĞALIQ
OBASTAN VİKİ
Rütubətsevən bağacıq
Rütubətsevən bağacıq (lat. Eurygaster testudinarius) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. Bu bağacığın başı kiçik olub, geniş və dairəvidir. Dilçəyi başın skul lövhəsinin təpəsindən kənara çıxır və onun zirvəsi təpə kənarından aşağıda yerləşir ki, ona böyürdən baxdıqda qabaq tərəfdən bir xətt təşkil etmir. Dilçəyin alt tərəfindəntəpəsinə yaxın enli bir çüxurluq vardır. Bel qabağının yan bucaqları bir qədər uzanır və qanad üstlüyünün əsasından bir az kənara çıxır. Digər bağacıq növlərinə nisbətən bədəni kiçikdir. Uzunuğu 8-10,5 mm.-dir. Azərbaycanda bu növ ümumiyyətlə dağətəyi və dağlıq rayonlarda yayılmışdır. Bu növ Lənkəran zonasının dağətəyi rayonlarında (burada illik orta rütubət çoxdur) miqdarca daha çoxdur.
Ziyankar bağacıq
Ziyankar bağacıq (lat. Eurygaster integriceps Put.) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. Bu zərərvericinin bədən forması bağaya (tısbağaya) çox oxşadığı üçün ona ziyankar bağacıq adı verilmişdir. Bədəni xaricdən xitin sipərlə örtülmüşdür. Bədəninin rəngimüxtəlif olub, adətən, bozumtul-sarı, tutqun qəhvəyi və bəzi hallarda isə qara olur. Ön döşün kənarları dəyirmidir. Ön qanadlar təmamilə xitinləşmişdir və bədənin bütün səthini örtür. Arxa qanadlar isə şəffafdır. Uzunluğu 10-12, eni isə 6–7 mm.-dir. Ukraynada, Azərbaycanda, Şimali Qafqazda, Volqa boyunda, Orta Asiya respublikalarında geniş yayılmışdır.

Значение слова в других словарях