Cüneyd Bağdadi
Əbülqasim əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابو القاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي ), (fars. جنید بغدادی) ( 816-826 (və yaxud 201-210 Hicri tarixi), Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi,,.
İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı.
İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı.
Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır.