Badaşqan
Badaşqan (əvvəlki adı: Bədəşxan) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılmışdır.
== Toponimikası ==
Tədqiqatçıların mülahizəsinə görə, badaşqan "qəlbən bir olanlar, yaxın, qohum" deməkdir. Lakin həmçinin kəndin adının hazırkı Əfqanıstanın şimal-şərqi və Tacikistanın şərqindəki tarixi dağlıq Bədəxşan bölgəsi ilə də əlaqəli ola bilər. Bu adda Əfqanıstanda Bədəxşan vilayəti, Tacikistanda isə Dağlıq Bədəxşan (Kuhistoni Badaxşon) Muxtar Vilayəti mövcuddur.
== Tarixi ==
=== Tarixi abidələri ===
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Naxçıvan düzündə yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
== Təhsil ==
Kənddə təhsil müəssisəsi mövcud deyil.
== Din ==
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.