Badaşqan (əvvəlki adı: Bədəşxan) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımca kənd inzibati ərazi dairəsi tərkibindəki Bədəşxan kəndi Badaşqan kəndi adlandırılmışdır.[3]
Badaşqan | |
---|---|
39°12′49″ şm. e. 45°26′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tədqiqatçıların mülahizəsinə görə, badaşqan "qəlbən bir olanlar, yaxın, qohum" deməkdir.[4] Lakin həmçinin kəndin adının hazırkı Əfqanıstanın şimal-şərqi və Tacikistanın şərqindəki tarixi dağlıq Bədəxşan bölgəsi ilə də əlaqəli ola bilər. Bu adda Əfqanıstanda Bədəxşan vilayəti, Tacikistanda isə Dağlıq Bədəxşan (Kuhistoni Badaxşon) Muxtar Vilayəti mövcuddur.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Naxçıvan düzündə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 269 | 135 | 134 |
2009[6] | ↗369 | ↗181 | ↗188 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.