ballistik
ballotir
OBASTAN VİKİ
Ballistika
Ballistika (alm. Ballistik‎. yun. ballo — atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s. hərəkətləri barədə elm. Ballistika, ali riyaziyyat, nəzəri mexanika, qaz dinamikası, termodinamika, barıtın və partlayıcı maddələrin və s. nəzəriyəsinə əsaslanan texniki fəndir. Daxili və xarici ballistika fərqlənirlər. == Daxili ballistika == Daxili ballistika, atıcı PM-in yanmasının təsirindən topun lüləsinin kanalında (mexaniki sərbəstliyi müəyyən şərtlərlə məhdudalaşan) mərminin və yaxud başqa cismin hərəkətini, eləcə də atəş zamanı lülə kanalında yaxud barıt raketinin kamerasındakı başqa proseslərin qanunauyğunluqlarını öyrənir. Daxili ballistika atəşi, barıtın kimyəvi enerjisinin istilik enerjisinə, sonra isə doldurmanın, mərminin və topun hərəkətli hissələrinin mexaniki işinə çevrilməsini qəliz termodinamik və qazodinamik proses kimi nəzərdən keçirərək atəş hadisəsində aşağıdakı mərhələləri fərqləndirir: hazırlıq — barıtın yanmasının başlamasından mərminin hərəkətinin başlamasına qədər; 1-ci (əsas) — mərminin hərəkətinin başlamasından barıtın yanmasının sonuna qədər; 2-ci — barıtın yanmasının sonundan mərminin lülə kanalından uçması anına qədər(qazların adiabatik genişlənməsi mərhələsi) və barıt qazlarının mərmiyə və lüləyə sonrakı-təsiri mərhələsi — mərminin lülə kanalından uçmasından ona qazların təsirinin kəsilməsinə qədər.

Значение слова в других словарях