BAMİYƏ

1. бамья (лакомство из теста); 2. бамья (огородное растение);
BAMƏZƏ
BAN
OBASTAN VİKİ
Bamiyə
Bamiyə (bitki)
Bamiyə (bitki)
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. == Etimologiyası == Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Bamiyə (şirniyyat)
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.

Значение слова в других словарях