Bande

die; -, -n 1. dəstə; 2.(organisierte) quldur dəstəsi, banda; 3. (Billiard) kənar, haşiyə
Bandaufnahme
Bandeisen
OBASTAN VİKİ
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Bande-Amir Milli Parkı
Bandi-Amir Milli Parkı (fars. بند امیر‎) — Əfqanıstanın ilk və yeganə milli parkı. Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir. Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir. == Tarix == Ətraflı bax: Əfqanıstan tarixi "Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.
Antonio Banderas
Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[…], Malaqa, Əndəlüs), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru. Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.
Banderol
Banderol — Pul dəstləri bağlamaq üçün Milli Bank tərəfindən təsdiq edilmiş vahid normalı kağız lent. == Xarici keçidlər == UK Duty Stamps Scheme, June 2006, retrieved Feb 2009.
Bandeyra dağı
Bandeyra (port. Bandeira) — Braziliya ərazisində yerləşən dağ zirvəsi. Bandeyra hündürlüyünə görə Braziliyada üçüncü ən hündür zirvə. Braziliyanın şərqində, Kaparau Milli Parkı ərazisində qərarlaşır. Hündürlüyü 2891,98 metrdir. Pik Braziliyanın ən soyuq nöqtələrindən biridir. Qışda temperatur −10 °C qədər enə bilir. == Əlavə məlumat == Bandeyra Kaparau Milli Parkında, İbitirama və Altu-Kaparao inzibati bölgələri arasında, sərhətdə yerləşir. Dağın adı portuqalcadan tərcümədə «Bayraq» mənasını verir. 1859-ci ildə Braziliya imperatoru II Pedro o zamanlar ölkənin ən hündür zirvəsi hesab edilən zirvəyə bayraq sancılmasını əmr etmişdir.
Bandeyrante İK
Bandeyrante İK — 28 noyabr 1965-ci ildə təsis edilən və San-Paulu ştatının Birigüi şəhərini təmsil edən Braziliya futbol klubu. == Tarixi == Klub 28 noyabr 1965-ci ildə təsis edilmişdir. Bandeyrante klubu 1963-cü ildə Paulista Liqası İkinci Diviziyasının, 1986-cı ildə Paulista Liqası Seriya A2-nin və 2001-ci ildə Koka-Kola de Futbol Kubokunun qalibi olmuşdur. == Nailiyyətləri == Paulista Liqası Seriya A2: Çempion (1): 1986 Paulista Liqası İkinci Diviziya: Çempion (1): 1963 Koka-Kola de Futbol Kuboku: Çempion (1): 2001 == Stadion == Bandeyrante Futbol Klubu öz ev oyunlarını Estadio Pedro Marin Berbel stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 10012 nəfərə bərabərdir.
Bandeyranti (Santa-Katarina)
Bandeyranti (port. Bandeirante) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 2779 nəfərdir. Ərazisi 146,255 кm²-dir. Bələdiyyə 29 sentyabr 1995-ci ildə yaradılmışdır.
Rede Bandeirantes
Rede Bandeirantes və ya sadəcə Band — San-Pauluda yerləşən Braziliyadan gələn bir televiziya şəbəkəsidir. Grupo Bandeirantes de Comunicação'nun bir hissəsi 1967-ci ildə ilk dəfə yayımlandı. Hal-hazırda reytinqlərinə görə Braziliyada dördüncü televiziya şəbəkəsidir.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.

Значение слова в других словарях