Banko

Banko Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satış kursu.
Banklararası tələblər
Baş (çərçivə) sazişi
OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.
Yomi Bankole
Yomi Bankole (7 yanvar 1960 — 29 yanvar 2012) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Yomi Bankole Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Yomi Bankole Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Aysu Bankoğlu
Aysu Bankoğlu (1989, Bartın) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. Aysu Bankoğlu 1989-cu ildə Bartın ilində anadan olub. Koç Universitetinin Hüquq bölməsini bitirib. Birləşmiş Krallığın Kembric Universiteti və Birləşmiş Ştatların Kornell Universitetində təlim proqramları alıb. Koç Universitetinin Sosial Elmlər İnstitutunun İctimai hüquq bölməsində isə magistr dərəcəsi alıb. İstanbul Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. CHP İctimaiyyətlə əlaqələr üzrə sədr müavini olub. 2023-cü ildən CHP Məclis üzvüdür. 2018 və 2023-cü illərdə Bartın ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Aysun Bankoğlu

Значение слова в других словарях