Aysu Bankoğlu (1989, Bartın) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı.[1]
Aysu Bankoğlu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı | |
7 iyul 2018 – hal-hazırda | |
Seçki dairəsi | 2018 — Bartın ili 2023 — Bartın ili |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1989 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Aysu Bankoğlu 1989-cu ildə Bartın ilində anadan olub. Koç Universitetinin Hüquq bölməsini bitirib. Birləşmiş Krallığın Kembric Universiteti və Birləşmiş Ştatların Kornell Universitetində təlim proqramları alıb. Koç Universitetinin Sosial Elmlər İnstitutunun İctimai hüquq bölməsində isə magistr dərəcəsi alıb.[1]
İstanbul Vəkillər Kollegiyasında çalışıb.[1]
Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. CHP İctimaiyyətlə əlaqələr üzrə sədr müavini olub. 2023-cü ildən CHP Məclis üzvüdür. 2018 və 2023-cü illərdə Bartın ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasının üzvüdür.[1]