BANKOMAT

is. tex. Limit çərçivəsində kredit kart sahibinə nağd pullar verən avtomat aparat.
BANKO
BANNER
OBASTAN VİKİ
Bankomat
ATM və ya Bankomat (ing. Automated Teller Machine) — ən asan anlamda müştərilərin bankın xidmətlərindən istifadə zamanı insansız çalışan elektromexanik vasitədir. Bankomat bank kartlarından istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Maşınlar, əsasən plastik kartlar və istifadəçi kodları (PİN) vasitəsilə işlədilir. Ekrana istifadəçini yönləndirməyə yarayan bir menyu gəlir. İstifadəçilər ATM xidmətlərindən özlərinə lazım olan mesaj və variantlar vasitəsilə faydalanırlar. İlk maşınlar sadəcə müəyyən miqdarda pul götürmək üçün istifadə olunurdusa indi daha da inkişaf edən texnologiya dövründə maşınların təqdim etdiyi xidmətlər daha da artmışdır. Son illərdə hesaba pul köçürmə, hesab durumları haqqında məlumat alma, maaş alma, daimi ödemələri aparma, hesabdan hesaba pul köçürmə, və s. əməliyyatlar aparılır. Çox şöbəli böyük banklar şöbələr üçün lazımlı bina və heyət xərclərini azaltmaq məqsədilə ATM-lərə maraq göstərirsə, daha kiçik bankların əksəriyyəti isə bazar paylarını, dolayısıyla gəlirlərini artırmaq üçün eyni xidməti göstərmək yolunu seçmişlər.

Значение слова в других словарях