BAYATI-RACE

сущ. муз. “Баяты-радже” (один из оборотов в ладе “Шур”)
BAYATI-QACAR
BAYATI-SARƏNC
OBASTAN VİKİ
Race
Race — ABŞ musiqiçisi Alex G-nin debüt studiya albomu. 1 yanvar 2010-cu ildə Bandcamp vasitəsilə buraxılıb.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir. Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Bayatı–Türk
Bayatı–Türk — Şur dəstgahı tərkibində olmaqla özlüyündə dügah, fili, şikəstə, camədəran, Mehdiyi zərrabi, ruh-ül-ərvah kimi şöbələri birləşdirən muğam. Şərq musiqisində Rast dəstgahında niiriz və mübərriğə arasında səslənən şöbə.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır. Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Gülüstan-Bayatı-Şiraz
Gülüstan-Bayatı-Şiraz — Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğam. Bəstəkarın üçüncü simfonik muğamı olan “Gülüstan-Bayatı-Şiraz” əvvəlki iki simfonik muğamdan uzun illər sonra yaranmışdır. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Əvvəlki iki simfonik muğamla müqayisədə, “Gülüstan-Bayatı-Şiraz”da bəstəkar muğama daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamaqdan daha çox, ümumi emosional mühiti, muğamın melodik-ritmik xüsusiyyətlərini saxlamağa meyl edir. Əgər əvvəlki simfonik muğamlarda bəstəkar ənənəvi əsası saxlayırsa, üçüncü simfonik muğamda bu meyil dəf olunur. Burada muğamın bölmələri göstərilmir, melodik şəklə, muğam melosuna da sərbəst yanaşılır. Əsər ilk dəfə 8 oktyabr 1971-ci ildə, UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresi çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük salonunda səsləndirilmişdir. “Gülüstan-Bayatı-Şiraz”ı Gennadi Rojdestvenskinin idarəsi ilə Ümumittifaq Televiziyası və Radiosunun Böyük Simfonik Orkestri ifa etmişdir. == Tarixi-mədəni fon == Azərbaycan musiqisində muğam sözü iki mənada: həm lad mənasında, həm də lada əsaslanan musiqi kompozisiyası mənasında başa düşülür. Birinci halda müəyyən məqama xas olan intonasiya dönümlərindən və eləcə də ritmik sərbəstlikdən müxtəlif şəkildə istifadə olunur.
RuPaul's Drag Race
ing. RuPaul's Drag Race - Logo TV üçün World of Wonder (mövsüm 1–8), WOW Presents Plus, VH1 (mövsüm 9–14) və MTV (mövsüm 15) tərəfindən istehsal olunan Drag Race franşizasında birinci olan Amerika tv realiti şou yarışması. RuPaulu şousunun süarı "Amerikanın növbəti drag super ulduzu" axtarışı ilə sənədləşdirilir. RuPaul bu şounun aparıcısı, mentoru və baş hakimi rolunu oynayır, o, iştirakçılara hər həftə müxtəlif çalışmalar təqdim edirdi. Müsabiqə iştirakçıları RuPaul, Michelle Visage, Carson Kressley, Ross Mathews-dan ibarət əsas münsiflər və onların müsabiqə boyu irəliləyişlərini tənqid edən bir və ya bir neçə qonaq münsifdən ibarət panel tərəfindən qiymətləndirilirdilər. RuPaul's Drag Race on beş mövsümü əhatə edir - RuPaul tərəfindən ev sahibliyi edilən Britaniya, Avstraliya və Yeni Zelandiya versiyaları, o cümlədən Çili, Tayland, Kanada, Hollandiya, İspan, İtalyan, Fransız, Filippin, Belçika, İsveç, Meksika, Braziliya və Alman buraxılışları və beynəlxalq səviyyədə Böyük Britaniya və Kanadada keçirilən dünya yarışları. Şou Loqo TV-də ən yüksək reytinqli televiziya proqramına çevrilərək Birləşmiş Krallıq, Avstraliya, Kanada, Hollandiya və İsrail də daxil olmaqla beynəlxalq səviyyədə yayımlanır. Şou RuPaul-a ən yaxşı realiti şou aparıcısı nominasiyasında yeddi ardıcıl Emmy Mükafatını (2016-2022) qazandırdı. Şou özü ardıcıl 4 dəfə (2018-2021) ən yaxşı realiti şou proqramı nominasiyasında Primetime Emmy və GLAAD Media Mükafatlarına layiq görülüb. O, RuPaul üçün Ən Yaxşı Realiti şou müsabiqə və ən yaxşı realiti şou aparıcısı daxil olmaqla, dörd Tənqidçinin Seçdiyi Televiziya Mükafatına namizəd olub və görkəmli makiyaj üçün Yaradıcı İncəsənət Emmi Mükafatına namizəd olub.
Win the Race (Modern Talking)
Win the Race (azərb. Yarışda qalib gəlmək‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Gülüstan bayatı-şiraz (film, 1972)