BERTH

berth1

n 1. gəminin limanda bağlandığı yer; 2. gəmidə / qatarda yatmaq üçün yer; 3. kayut (gəmidə ayrıca otaq)

berth2

v 1. yanaşdırıb bağlamaq (gəmini və s.); 2. yataq yeri vermək; 3. yan almaq, yanaşmaq (gəmi və s.)

BERRY
BESEECH
OBASTAN VİKİ
Lotus berthelotii
Lotus berthelotii (lat. Lotus berthelotii) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Berthold E. Şvarz
Berthold Eric Schwarz (24 oktyabr 1924 – 16 sentyabr 2010) — psixiatr və spiritualist və paranormal hadisələr üzrə tədqiqatçı olub. == Erkən həyatı və təhsili == Şvarz Cersi-sitidə anadan olmuşdur; onun atası, Berthold T. D. Şvarz həkim; anası, Tayra Şvarz isə tibb bacısı idi. 1945-ci ildə Dartmut Kollecini Bakalavr dərəcəsi ilə, 1950-ci ildə Dartmut Tibb Məktəbini və Nyu-York Universiteti Tibb fakültəsini tibb elmləri doktoru dərəcəsi ilə bitirmişdir. O, 1950-ci ilin iyulundan 1951-ci ilin iyununadək Hannover, Nyu-Hempşirdə Meri Hiçkok Memorial Xəstəxanasında təcrübə keçib və 1951-ci ildən 1955-ci ilədək Roçester, Minnesota, Mayo Klinik Tibb Məktəbində Psixiatriya üzrə kursunu tamamlayıb. 1957-ci ildə Minnesota Universitetində psixiatriya üzrə magistr dərəcəsi qazanmışdır. == Karyerası == Şvarz 1957-ci ilin martında Amerika Psixiatriya və Nevrologiya Şurası tərəfindən psixiatriya üzrə sertifikat almışdır. O, Amerika Psixiatriya və Nevrologiya Şurasının Diplomatı, Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının və Amerika Psixiatriya Assosiasiyasının görkəmli üzvü idi. O, 1958-ci ildən 1982-ci ilə qədər Nyu Cersi ştatının Montkleyr şəhərində və 1982-ci ildən 2004-cü ilə qədər Florida ştatının Vero Biç şəhərində 45 illik iş təcrübəsinə malik idi.. Şvarz, bir çoxu psixiatriya, psixoanalitik və elektrofizioloji mövzulara yönəlmiş 185-dən çox elmi məqalə yazıb. O, ömür boyu paranormal tədqiqatlara böyük maraq göstərib.