Betti Uilyams
Elizabet Uilyams (ing. Betty Williams; 22 may 1943[…], Belfast – 17 mart 2020, Belfast) — Şimali İrlandiyalı sülh fəalı.
1976-cı ildə Şimali İrlandiya konfliktinin sülh yolu ilə həllinə həsr olunmuş təşkilat Barış İnsanları Cəmiyyətinin həmtəsisçisi olduğu üçün 1976-cı ildə Nobel Sülh mükafatını Meyrid Korriqan ilə birlikdə alıb.
Uilyams Qlobal Uşaq Fonduna rəhbərlik edirdi və Uşaqlar Üçün Dünya Şəfqət Mərkəzinin prezidenti idi. O,eyni zamanda Vaşinqtonda Asiya Demokratiya İnstitutunun sədri idi. Barış,təhsil,mədəniyyətlər və dinlərarası anlaşma,ekstremizmlə mübarizə və uşaq hüquqları mövzularında geniş mühazirələr oxuyub.
Uilyams,2000-ci ildən bəri hər il keçirilən Nobel Sülh mükafatı Summitinin qurucu üzvü idi.
2006-cı ildə Uilyams,Nobel Sülh mükafatı laureatları olan Meyrid Korriqan,Şirin Ebadi,Vanqari Maatayi,Codi Vilyams və Riqoberta Mençu Tum ilə birlikdə Nobel Sülh mükafatı laureatlarının Qadın Təşəbbüsünün qurucusu oldu. Şimali və Cənubi Amerika,Orta Şərq,Avropa və Afrikanı təmsil edən bu altı qadın,təcrübələrini ədalət və bərabərliklə barışıq üçün birləşmiş səydə bir araya gətirdi. Nobel Qadın Laureatlarının Təşəbbüsünün məqsədi dünyada qadın hüquqlarının dəstəklənməsi istiqamətində görülən işlərin gücləndirilməsinə kömək etməkdir.