BEYANAT
BEYEFENDİ
OBASTAN VİKİ
Ersin Beyaz
Ersin Beyaz (1977, Şiran, Gümüşhane ili) — memar və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ersin Beyaz 1977-ci ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Haliç Universiteti Mühəndislər Bölməsindən məzun olub. İnşaat sahəsində fəaliyyət göstərən ailə müəssisəsində İdarə Heyətinin üzvü olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) Daxili Memarlar Palatasının üzvü, Gümüşhane Mühəndislər və Memarlar Platformasının üzvü, Gümüşhane Sənayeçi və İş Adamları Dərnəyinin üzvü, Beyazlar Təhsilə Yardım və Tərəqqi Vəqfi İdarə Heyətinin üzvü olub. 2017-ci ildə İYİ Partiyanın İstanbul il şöbəsinin qurucu sədri olub. 2018-ci ildə İYİ Partiya sədrinin baş müşaviri, 2019-2020-ci illərdə isə İYİ Partiya İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Beyazıt Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən,radiyo aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Ankara Yıldırım Beyazıt Universiteti
Ankara Yıldırım Beyazıt Universiteti — Ankaranın beşinci dövlət universiteti. Universitet 2010-cu ildə yaradılmışdır. 2011-2012-ci tədris illərindən tələbə qəbuluna başlamışdır. == Kampusları == Əsas binası Esenboğa kampusudur. Buraya Ankara Şəhər Xəstəxanası, AYBU Yenimahalle Təhsil və Araşdırma və Təpəbaşı Ağız və Diş Sağlamlığı xəstəxanaları daxildir. == Fəaliyyəti == Yarandığı ilk ildən Erasmus proqramına layiq görülən universitet Florida Universiteti, Texas San Antonio Universiteti, Sterlinq Universiteti, Hanyang Universiteti, Çester Universiteti, Maksim Qorki İnstitutu və 100-dən çox beynəlxalq universitetlə əməkdaşlıq protokolu imzalayıb. 2022-ci ilə qədər universitetdə 285 professor, 210 dosent, 264 doktor, 239 müəllim və 382 elmi işçi olmaqla cəmi 1380 akademik heyət çalışır. AYBU Çap mərkəzində bir milyona yaxın çap və elektron nəşr toplanaraq tədqiqatçıların və tələbələrin istifadəsinə verilib. === Kitabxanası === 2020-ci ilə qədər çap resurslarının ümumi sayı 74.499-dır. Kitabxanadan istifadə edən tələbələrin sayı 2020-ci ilə kimi 400.000 nəfərdən artıqdır.

Значение слова в других словарях