biblioqrafiya
biblioqrafiyaşünaslıq
OBASTAN VİKİ
Nadir İsmayılov (biblioqrafiyaşünas)
Nadir İsmayılov (d. 05 fevral 1956, Beyləqan rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti (keçmiş Biblioqrafiyaşünaslıq) kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri, metodik və təcrübi jurnalının baş redaktor müavini, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2014). == Həyatı == Nadir İslam oğlu İsmayılov 05 fevral 1956-cı ildə Azərbaycanın Beyləqan (keçmiş Jdanov) rayonunun Əmirzeyidli kəndində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. == Təhsili == O, 1973-cü ildə Jdanov (indiki Beyləqan) rayonu Şahsevən kənd 1 saylı orta məktəbini bitirmiş, 1974-cü ildə isə Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur; 1974–1979-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində və 1979–1982-ci illərdə isə aspiranturada təhsil almışdır. == Elmi və pedaqoji fəaliyyəti == İsmayılov Nadir İslam oğlu 1982-ci ildən BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müəllimidir. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunda "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 1992-ci ildən dosentdir. Müxtəlif fasilələrlə BDU-nun Kitabxanaçılıq-informasiya (indiki İnformasiya və sənəd menecmenti) fakültəsində dekan müavini vəzifəsində işləmişdir (1994–2003).2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunmuşdur.2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 Mart - Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən "Humanitar və ictimai elmlər" nominasiyası üzrə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin "Sənəd menecmenti" kafedrasının müdiri dosent Nadir İsmayılov I yerə layiq görülmüşdür.Nadir İsmayılov dünyanın bir sıra ölkələrində nüfuzlu Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Biblioqrafiyaşünaslıq
Biblioqrafiyaşünaslıq – biblioqrafik informasiyanın xüsusiyyətini, quruluşunu, onun yaradılması və tələbatçılara çatdırılması proseslərinin qanunauyğunluqlarını öyrənən elmdir.«Biblioqrafiyaşünaslıq» anlayışını elmi müstəviyə ilk dəfə olaraq Belçika mütəfəkkir Pol Otle (1868-1944) gətirmişdir. == Elmin müxtəsər təsviri == Biblioqrafik fəaliyyət, informasiya fəaliyyətinin biblioqrafik informasiyaya olan tələbatı ödəyən bir sahəsidir. Biblioqrafik informasiya isə sənəd kommunikasiyaları sistemində sənədlər haqqında axtarış, kommunikativ və qiymətləndirmə kimi əsas ictimai funksiyaları həyata keçirən, son məqsədi cəmiyyət üzvlərinin sənəd tələbatlarını ödəməkdən və formalaşdırmaqdan ibarət olan mütəşəkkil informasiyadır.Qədim yunan sözü olan «Biblioqrafiya» hərfən «kitab yazmaq» («biblion» - kitab, «qrafo» - yazıram) mənasını verir. Yunanıstanda yeni eradan əvvəl təxminən V əsrdə əlyazma kitablarının üzünü köçürən adamları «biblioqraf» adlandırırdılar. Kitab üzü köçürmək yüksək savad və bədii xəttatlıq qabiliyyəti tələb edirdi. Elə buna görə də qədim dövrdə biblioqraf peşəsi ən hörmətli və şərəfli peşələrdən hesab olunurdu.Antik dövrün (b.e.ə. I minillik – b.e. V əsr) iflasından sonra xeyli müddət, daha doğrusu, kitab çapına qədər «biblioqrafiya» sözündən istifadə olunmur. Kitab çapının kəşfindən sonra bu anlayış yenə də yada salınır və bəzən də mətbəə işçilərinə biblioqraf adı verilir. XVII əsrin birinci yarısından isə Fransız alimləri Qabriel Node (1600-1653) və Lui Jakob (1608-1670) öz əsərlərində ilk dəfə biblioqrafiyanı «ədəbiyyat siyahısı» mənasında işlədirlər.
выпаса́ть отмо́кнуть переплыва́ться председа́тельница пушбо́л глу́пость и́граный на роду напи́сано па́инька посмо́тришь поставе́ц раздира́ющий распрода́жа соображе́ние ша́йка бзырить укокошить apparel bone-lace cavalierly histrionism tobaccophobe опреснить отпускник хмельной