Bifşteks
Bifşteks — qızardılmış ətin sümüksüz bir parçası.
== Ərzaq ==
Sümüksüz mal əti (bifşteks)-1kq
Kərə yağı-2 x.q.
Soğan-1 ədəd
Kök-1 ədəd
Cəfəri-1 dəstə
Kartof-1dəstə
Sarımsaq-2 diş
Qırmızı şərab-0,5 stəkan
Tomat-1 x.q.
Dəfnə yarpağı-1 ədəd
Duz və istiot zövgə görə
== Hazırlanması ==
Bifşteksləri yağda qızardıb, kənara qoyun. Sonra bifşteks qızartdığınız yağa xırda doğranmış soğan, sarımsaq, kök, cəfəri, kartof və dəfnə yarpağını töküb qızardın. Tərəvəzlər bişdikdən sonra üzərinə tomat pastası, qırmızı şərab, duz və istiot əlavə edin. Qızardılmış bifşteksləri başqa bir tavaya qoyub, 1 xörək qaşığı yağ, tərəvəz qarışığını və 4 stəkan suyu üzərinə töküb, onları bişirin. Süfrəyə kartof püresi və ya plovla birlikdə verin.