bilmirəm, təslim oluram

* I’ll buy it я не знаю, сдаюсь (в ответ на загадку)
bilməmişdik! (təəccüblənəndə deyilir)
Bilsəydim, dərdim olmazdı.
OBASTAN VİKİ
Bredanın təslim edilməsi
Bredanın təslim edilməsi — Dahi ispan rəssamı Diyeqo Velaskesin ən məşhur rəsm əsərlərindəndir. 1634-cü ildə çəkilmiş əsər hazırda Madridin Prado muzeyində saxlanır.
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 2
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)

Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)