Biosintez — canlı orqanizmin hər bir hüceyrəsində sadə birləşmələrdən üzvi maddələrin əmələ gəlməsi.
== Ədəbiyyat ==
R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Qlükozanın biosintezi
Qlükozanın biosintezi — maddələr mübadiləsində laktatdehidrogenaza fermentinin köməyilə süd turşusu yenidən piruvata çevrilməsi prosesidir. Yəni üzüm turşusu axırıncı maddə deyildir. O, yalnız çıxılmaz vəziyyətlərdə əmələ gəlir.
Qlikolizin təsiri ilə hüceyrələrdə əmələ gələn süd turşusu qana daxil olur və qaraciyərdə tutulur və orada piruvata çevrilir. Piruvat isə qlükozaya oksidləşir və beləliklə, qlükoza – süd turşusu dövranı baş verir. Buna Kori dövranı da deyilir.
Kori dövranı və ya qlikoliz–laktat dövranında piruvat bir qədər qlükozaya oksidləşir. Piruvatın bir hissəsi isə əzələlərdə aminləşərək alaninə çevrilir. Sonradan isə qaraciyərə daşınır və orada yenidən piruvat-qlükoza-alanin dövranı təkrar olunur. Qlükoneogenez də qlikoliz yolu ilə gedir, lakin qlikolizin üç reaksiyası dönən deyildir.
Zülalın biosintezi
Zülal biosintezi — Bütün hüceyrələrdə DNT nəzarətində baş verən ən mühüm plastik mübadilə zülal molekulunun sintezidir. Bir zülal molekulunun sintezi 3-4 saniyə çəkir. Nəticədə hər 80 gündən bir bədənimizin yarısını təşkil edən zülallar dəyişilir. İnsan öz həyatı boyu təxminən 200 dəfə öz zülallarını dəyişir. Bu zaman çoxlu sayda ferment iştirak edir və yüksək enerji sərf olunur. Hüceyrədə amin turşuların birləşmə ardıcılığı və sintez olunan zülalın qurluşu DNT- dən asılıdır.Zülallar da üzvi polimerlərdir.Onların nukleotidləri amin turşulardır. DNT nin müxtəlif sahələrində zülalların sintezi həyata keçirilir. DNT nin 1 molekulu onlarca zülal sintezində iştirak edir.Zülal haqqaında məlumat DNT-də nukleotidlər ardıcıllığı şəklində kodlaşdırılır. DNT- də nukloitidləarin müəyyən ardıcıllıqla və irsi informasiyanın saxlandığı sahə gen adlanır. Nukleotidlərin üç- üç birləşməsi cəmi 64 kombinasiya kod tripleti yaradır.