Biqa yarımadası
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir.
== Adın mənşəsi ==
Biqa - Yarımada öz adını Çanaqqalanın Marmara dənizi sahillərində Biqa ilçəsindən götürmüşdü.
Troada-Troas - Bu adlar bölgədəki dünyaca məşhur Troya kəndindən gəlir. Bu tarixi ad eyni zamanda bölgədəki Makedoniyalı İsgəndər adına qurulan bir kəndin adının digər kəndlərlə qarışmaması üçün istifadə edilir. Bu qədim şəhər İsgəndəriyyə Troas kimi tanınır.
== Sərhədləri ==
Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var.