BİRİZA
BİRUH
OBASTAN VİKİ
Birra Korça
Birra Korça — adını 1928-ci ildə Albaniyanın Korça şəhərində qurulan pivə zavodu və markasıdır. 2004-ci ildən bəri IHB Group-un tərkibində istehsala davam edir. Albaniyadakı üçüncü ən böyük pivə istehsalçısıdır. == Tarixi == Birra Korça Albaniyada çıxarılan ilk pivədir. Zavod 1928-ci ildə Korça şəhərində açılmışdır. Qurucuları İtalyan Umberto Umberti və yerli sahibkar Səlim Mboriyadır. Şirkət ilk olaraq 950,000 frank sərmayə ilə qurulmuşdur. Qurulduğu illərdə ildə 20000 hektolitr istehsal gücü olan zavod, sarı və qara pivə ilə şüşələnmiş su və buz istehsal edirdi. İkinci Dünya Müharibəsindən sonra 1946-cı ilin Yanvar ayının 11-də Albaniyada kommunist rejimin qurulması ilə zavod dövrün qanunları ilə dövlət idarəsinə keçdi. 1955, 1957 və 1965-ci illərdə edilən yeniləmə işləri ilə istehsal gücü yüksəldildi.
Birrəng ağ şam
Birrəng ağ şam (lat. Abies concolor) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü. ABŞ-nin cənub-qərbi və Şimali Meksika dağlarında, dəniz səviyyəsindən 2000–3000 m-ə qədər hündürlükdə kölgəli yamaclarda və çayların kənarında bitir. 350 ilə qədər yaşayır. Hündürlüyü 40 (60) m-ə çatan, gövdəsinin diametri 1,8 m-ə qədər, konusvarı, sıx çətirli ağacdır. Yaşlandıqda çətiri a.ağıya doğru əyilir. Gövdəsinin qabığı boz, qalın və hamardır. İynəyarpaqları hər tərəfdən göyümtül-yaşıl, üstü orta damarcığın ətrafında 6-8 ağızcıq xətli, alt tərəfi kilin hər tərəfindən 5-8 ağızcıq xətlidir. Tumurcuqların diametri 3–5 mm-dir. Toxum qabıqları əsasən pazşəkillidir.