bitik 2021
bitirər-bitirməz
OBASTAN VİKİ
Məhəmməd Saleh Bitikçi üsyanı
Xoca Saleh Məhəmməd Bitikçi üsyanı — 1539–1540-cı ildə Astrabad bəylərbəyliyində Səfəvi hakimiyyətinə qarşı qaldırılmış üsyan. Üsyan köhnə Astrabad hakimi Xoca Müzəffərin qohumu Xoca Saleh Məhəmməd Bitikçi tərəfindən başladılmışdı. Məhəmməd Saleh özünü Astrabad hakimliyinin qanuni sahibi sayırdı. O Xarəzm hakimi Öməz Qazinin köməyi ilə Astrabad hakimliyini ələ keçirsə də, çox keçmədən Şah Təhmasibin üsyandan xəbər tutması ilə Məhəmməd Saleh üzərinə yeni qüvvələr göndərildi. Məğlub edilən Məhəmməd Saleh bir küpün içinə salınıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atıldı. == Üsyanın səbəbləri == 1537-ci ildə Astrabadda da mərkəzi hakimiyyət əleyhinə üsyanlar baş verməyə başladı. Burada bir tərəfdən ənənəvi sülalə mənsubları hakimlik edirdilər və onlar öz mənafelərinin təmin etmək məqsədilə Səfəvi sarayının tərsirindən çıxmaq istəyirdilər. Digər tərəfdən isə bu vilayətin hakimləri həmçinin nüfuzluu dairələri ilə özbək xanları arasında müəyyən əlaqələr varidi ki, bu əlaqələr Səfəvi hakimiyyəti əleyhinə qurulmuşdu. Üsyanların bir digər səbəbi isə yerli əhali ilə Səfəvi sarayının rəsmi məzhəbi arasındakı fərqliliklər idi. Səfəvi saray tarixçisi İsgəndər bəy Münşi Tarixi aləmara-yi Abbasi əsərində bölgədəki hərbi-siyasi vəziyyət haqqında məlumat verir: Astarabad şəhəri sabiq zamanlarda Cürcan və Təbəristan vilayətlərinin hökumətgahı olmuşdur.