Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim.
== Həyatı ==
26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür.
== Ədəbiyyat ==
Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.