Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven, Konnektikut) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Orlando Blum
Orlando Blum (ing. Orlando Jonathan Blanchard Bloom; 13 yanvar 1977[…], Kenterberi, İngiltərə, Birləşmiş Krallıq) — Britaniya aktyoru. Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim "Bax bu iş əsl mənlikdir""...
Volter Blum
Volter Blum Birinci Dünya müharibəsi illərində Alman əsgəri idi. Birinci Dünya müharibəsi ərəfəsində Gasta 26 və 9 təyyarələri ilə uçuşlar həyata keçirirdi.26 arialdan zəfərlə ayırlan Volter Blum Dəmir Xaç və Pour le Merit orderlərini qazandı.Birinci Dünya müharibəsi illərindən sonra təyyarələrdə jet dizaynının öndərlərindən biri oldu və Albatros və Arado üçün irəli texnologiyalı(o vaxt üçün) dizaynın müəlliflərindən bir oldu. Volter Blum Hirşberq, Siliseada dünyaya gəldi və ilk olaraq 1914-cü ilin Sentyabrında 5. Silezyalı Jaeqer Taborunda xidmət etdi. Atışmalarda yaralandıqdan sonra 30 yanvar 1915-ci ildən etibarən pilot təlimindən keçməyə başladı.18 yanvar 1916 – 20 noyabr 1917-ci illər arasında Felfliqer abtellunq 65 ilə iki nəfərlik Aviatik təyyarələrdə uçuşlarına başladı. Bu müddət ərzində 24 iyul 1916-cı ildə Dəmir Xaçın ikinci dərəcəsini aldı.1917 Noyabrında Gasta 26-da vəzifləndirildi Blum 7 avqust 1918-ci ildə, House Order of Hohenzollern orderiylə mükafatlandırıldı və bunu ardınca 2 oktyabr 1918-ci ildə Pour le Merid ordeninə layiq görüldü. 15 noyabr 1919-cu ildə tərhis olundu. I Dunya Müharibəsindən sonra aviasiyada qaldı. Hannoverdəki Texniki Üniversitetdə aviasiya mühəndisi olaraq təhsil aldı və daha sona Ar 95, Arado Ar 96 və Ar 196 nın dizaynınında iştirak etdiyi 1920-ci illərin ortalarında Alman Arado Fluqzeuverkinə qatıldı. Arado Fluqzeuverkində Baş dizyan mühəndisi olaraq fəaliyyət göstərdi.
Benjamin Blum
Benjamin Samuel Blum (ing. Benjamin Samuel Bloom; 21 fevral 1913 – 13 sentyabr 1999, Çikaqo) — amerikalı təhsil psixoloqu və Blum taksonomiyasının yaradıcısı. == Bioqrafiya == Pensilvaniya ştatının Lansford şəhərində anadan olub. 1935-ci ildə Pensilvaniya Universitetini bakalavr və magistr dərəcələri ilə bitirmişdir. 1942-ci ildə Çikaqo Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı illərdə o, öz nəzəriyyəsini inkişaf etdirən iki kitab: “Blumun taksonomiyası: İnsan xüsusiyyətlərində sabitlik və dəyişiklik” və “Təhsil məqsədlərinin taksonomiyası” nəşr etdi. 1965-1966-cı illərdə Təhsil Tədqiqatçıları Assosiasiyasının prezidenti oldu. Tezliklə Blum taksonomiyası ABŞ-ın bir çox təhsil müəssisəsi tərəfindən qəbul edildi, lakin sonradan obyektiv tənqidlərə görə məktəblərdə istifadəsi azaldı.
Blum taksonomiyası
Blum taksonomiyası — təhsilin təlimverici məqsədlərini mürəkkəblik və spesifiklik səviyyələrinə görə təsnif etmək üçün istifadə olunan üç iyerarxik modeldən ibarətdir. Üç siyahı koqnitiv, affektiv və psixomotor sahələrdə öyrənmə məqsədlərini əhatə edir. Koqnitiv domen siyahısı bir çox ənənəvi təhsilin əsas diqqət mərkəzində olmuşdur və tez-tez kurikulumların, qiymətləndirmələrin və fəaliyyətlərin təlim məqsədlərini strukturlaşdırmaq üçün istifadə olunur. Modellər 1956-cı ildə taksonomiyanı işləyib hazırlayan pedaqoqlar komitəsinə rəhbərlik edən Benjamin Blumun şərəfinə adlandırılmışdır. O, həmçinin standart mətnin birinci cildini, Təhsil Məqsədlərinin Taksonomiyası: Təhsil Məqsədlərinin Təsnifatını redaktə etmişdir. Blum taksonomiyası daha sadə və daha səthi bacarıqlardan daha mürəkkəb və dərin olanlara keçən 6 səviyyədən ibarətdir: 1. Bilik (yaddaş): məlumatı yadda saxlama bacarığı. 2. Anlama: məlumatı izah etmə və şərh etmə bacarığı. 3.
Carl Ludwig Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Karl Lüdviq Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Blum (cizgi qəhrəman)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Blumea
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Ulmus
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
BluTV
BluTV internet vasitəsilə axın mediası və istəyə bağlı video xidmətləri təklif edən türk media təminatçısıdır. 2015-ci ildə Doğan Holding tərkibində Aydın Doğan Yalçındağ tərəfindən təsis edilmiş və daha sonra Warner Bros. Discovery tərəfindən satın alınmışdır. Kompüterlər, mobil cihazlar və smart TV-lər vasitəsilə əldə edilə bilən platforma, canlı TV yayımları, filmlər, seriallar, idman, həyat tərzi və böyüklər üçün janrları daxil olmaqla müxtəlif yerli və beynəlxalq məzmun təklif edir. 19 Yanvar 2021-ci ildə Discovery Inc. BluTV-nin 35% payını əldə etmişdir. 28 Dekabr 2023-cü ildə Warner Bros. Discovery BluTV-ni tamamilə əldə etmişdir. == Orijinal istehsallar == BluTV-nin ilk orijinal veb serialı Masum olub, 2017-ci ildə yayımlanmışdır. BluTV-nin digər orijinal istehsalları bunlardır: Sıfır Bir (2016–2019) (Moved from YouTube) Çalınmış Hayatlar (2017) Masum (2017) Sahipli (2017) 7 Yüz (2017) 140journos: Parayı Vuranlar (2018) Boom by İbrahim Selim (2020–2021) Bartu Ben (2018) Yaşamayanlar (2018) Dudullu Postası (2018) Bozkır (2018–bu günə qədər | Tətilə çıxmış) Behzat Ç. (2019) (Moved from Star TV) Aynen Aynen (2019–bu günə qədər | Tətilə çıxmış) (Moved from YouTube) Pavyon (2019–) Yarım Kalan Aşklar (2020) Ankara Havası (2020) Sokağın Çocukları (2020–2024) Alef (2020–) Çıplak (2020– | Tətilə çıxmış) Saygı (2020–2021 | Status unknown) Bonkis (2021–2022) Yeşilçam (2021) Doğu (2021– | Tətilə çıxmış) Hiç (2021) Acans (2021) Börü 2039 (2021– | Tətilə çıxmış) İlk ve Son (2021– | Tətilə çıxmış) Saklı (2021) Şokopop Yeşilçam 101 (2021) Düğün (2021) Podacto Stüdyo (2021) Şamanın Yolunda (2021) Karsu'nun Odası (2021) Dün Dündür (2021) Bizden Olur mu?
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
İlum
İlum (ing. Ilum) — "Ulduz müharibələri" kainatında uydurma planet. İlum cırtdan planetdən bir qədər kiçik olan astronomik yer cismidir. Kayber-kristall nüvəsi və soyuq iqlimi var, həcminə baxmayaraq planet hesab edilir. İlum arktik planetdir, demək olar ki, bütün planet buz və qarla örtülüdür və buna görə də əksər növlər üçün əlverişsizdir, lakin burada sayıqlığı olmayan canlılar yaşayır. İlumun buzlu səthinin altında kayber-kristallarının yerləşdiriyi bir kristal mağarası var. Bu səbəbdən planet əsrlər boyu ceday ordeni üçün müqəddəs yer olmuşdur. Ilum — Vukipediya saytında.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Luis
Luis — ad. Luis Kerroll — ingilis yazıçısı. Luis Quzman — Puerto-Riko əsilli ABŞ aktyoru.
Buds
Buds — ABŞ sörf-rok musiqi qrupu Surf Curse-ün debüt studiya albomu. 21 iyun 2023-cü ildə buraxılıb. Alboma daxil olan "Freaks" mahnısı 2020-ci illərin sonlarında TikTok-da populyarlıq qazanmışdır.
Alum
Alumlar ikiqat duz qrupuna aid olan kimyəvi birləşmələrdirlər. Onların ümumi düsturu [ Me +1 Me +3 (SO 4 )<substrat>2.12H 2 O ] formasındadır. Burada Me +1 = K +, NH 4 +, Rb +, Cs +, TI + ; Me +3 = Al +3, Fe +3, Ga +3, In +3, Cr +3, V +3 kimi ifadə edilə bilər. İplik və ya parça rəngləmədə və yaxud da suyun təmizlənməsində müntəzəm olaraq istifadə olunan alum hal-hazırda aluminium sulfatla əvəz edilmişdir. Alumlar suda asanlıqla həll oluna bilirlər və onların şirin dadları olur. Türkiyənin Gediz-Şaphane ərazisində onlara çox rast gəlinir.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. == Təsviri == Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.