Savaş Ay
Savaş Ay (26 mart 1954, İstanbul – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri.
Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb.
İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi.
Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.