bod 2021

bod
boçkaqayıran 2021
bodibildinq
OBASTAN VİKİ
Vilhelm fon Bod
Vilhelm fon Bod (10 dekabr 1845[…] – 1 mart 1929[…], Berlin) Alman sənət tarixçisi və muzeoloqudur. Müasir muzeyşünaslıq elminin yaradıcıları arasında sayılır. Bu günlər Berlin Muzey Adasında olan Bode muzeyi olaraq tanınan və keçmiş adı Kaiser Friedrich Muzeyi olan muzeyin yaradıcısıdır. 1904-cü ildə özünün rəhbərlik edəcəyi bu muzeyi yaradan Bode, burada əhəmiyyətli əsərlərin yığılmasında böyük rol oynamışdır.
Fridrix Bodenştedt
Fridrix Bodenştedt (alm. Friedrich Martin von Bodenstedt‎; 22 aprel 1819[…], Payne, Aşağı Saksoniya – 18 aprel 1892, Visbaden, Prussiya[…]) – Alman yazarı və tədqiqatçısı. == Həyatı və yaradıçılığı == Bodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. O, burada Şərq dillərini öyrənmək fikrinə düşür. Sonralar Xatirələrində belə yazmışdır: Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bir neçə başqa şəxslə birlikdə Mirzə Şəfini də məsləhət görürlər. Çünki onun Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük təcrübə qazandığı məlum idi. Mənə məsləhət görülənlər içərisində ən münasibi Mirzə Şəfi idi.
Hayme Torres Bodet
Hayme Torres Bodet (1903-1974) — UNESCO-nun baş direktoru, şair, ədib == Həyatı == 1903-cü ildə Mexikoda anadan olub. 1922-ci ildən 1924-cü ilə qədər Təhsil Nazirliyinin Kitabxanalar şöbəsinin rəhbəri, sonra isə Mexiko Universitetində Fransız ədəbiyyatı müəllimi təyin edilmişdir. 1929-cu ildən diplomatik xidmətə başlamış və Avropa ölkələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1940-1943-cü illərdə Xarici İşlər Nazirliyinin Katibliyində işləmiş, sonra (1943-1946) Təhsil Naziri olduğu müddətdə savadsızlıqla mübarizəyə başlamışdır. 1946-ci ildə Xarici İşlər Naziri vəzifəsinə təyin edilmişdir. O eyni zamanda UNESCO-nun təsis edildiyi London konfransında Meksika nümayəndə heyətinin rəhbəri olmuşdur. 1948-ci ildə Baş Direktor vəzifəsinə seçilmiş və dörd il sonra istefa vermişdir. O, 1974-cü ildə vəfat etmişdir.
Hüseyin Bodaninski
Hüseyin Bodaninski (d. 1 dekabr 1877, Simferopol Rusiya imperiyası – v. 17 aprel 1938, SSRİ) — krım tatar əsilli tarixçi, arxeoloq, etnoqraf, incəsənət xadimi və siyasi aktivist. Bağçasaray şəhərindəki Krım xan sarayı muzeyinin ilk direktoru. == Həyatı == Hüseyin Bodaninski 1 dekabr 1877-ci ildə Rusiya imperiyasının Simferopol bölgəsindəki Badana kəndində anadan olmuşdur. 1888-ci ildə dövlət məktəbini bitirmiş, 1888-1895-ci illərdə Simferopoldakı Tatar müəllim məktəbində, 1895–1905-ci illərdə Moskvadakı Stroqanov məktəbində oxumuşdur. Stroqanov məktəbini bitirdikdən sonra 1907-ci ilə kimi Simferopol Ticarət məktəbində qrafika müəllimliyi etmişdir. 1907-ci ildən sonra Stranqov məktəbinin müdiri kimi işləmişdir. 1911–1917-ci illərdə Sankt-Peterburqda dekorativ işləmişdir. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir.
Jan Boden
Jan Boden (1530, Anje, Fransa krallığı – 1596[…], Lan, Fransa krallığı) — Fransanın siyasi mütəfəkkiri, hüquqşünas. "Tarixin asan öyrənilməsinin metodu", "Dövlət haqqında altı kitab" adlı əsərlərində o tarixi prosesin gedişini, eyni zamanda müxtəlif coğrafi və iqlim şərtlərində dövlət institutlarının yaranmasını və qurulmasını nəzərdən keçirmişdir. Boden siyasi fikir tarixində ilk dəfə suverenliyi dövlətin ən vacib əlaməti kimi dəyərləndirişdir. Onun iddiasına görə suverenlik, və ya qanunları yaradıb həyata keçirmək hüququ, müəyyən edilmiş şəkildə dövlətə aiddir. Dövlət həm öz ölkəsi daxilində, həm də xarici ölkələrlə münasibətdə ali siyasi hakimiyyətin sahibidir. Suveren hakimiyyətin daşıyıcından yuxarda ancaq allah və təbiətin qanunları vardır. Suverenlik qanunların adil olub-olmamasından deyil, onların gücündən və yaradılması imkanlarından asılıdır. Boden suverenliyin beş fərqli cəhətini ayırırdı. Bunlardan birincisi istisnasız hər təbəə və dövlət idarəsinə ünvanlanmış qanunların çıxarılmasıdır. İkincisi – hərb və sülh məsələlərin həlli.
Jan Bodriyar
Jan Bodriyar (fr. Jean Baudrillard; 27 iyul 1929, Reyms, Marna (departament), Fransa – 6 mart 2007[…], VI arondisman) — fransız sosioloq, kulturoloq və postmodern filosof, fotoqraf, Yel Universitetində müəllim. Postmodernizmin "qurusu" adlandırılmasına baxmayaraq, Bodriyar özü də tez-tez bu cür yazıları rədd edirdi. Beləliklə, "Körfəz müharibəsi" ilə bağlı bir reportajında Bodriyar postmodern" olmadığını söylədi və onu postmodern adlandıranlara Mayk Qeynə (1993) verdiyi reportajında belə cavab verdi: … Postmodernizm, mənə elə gəlir ki, ədalətli dərəcədə ümidsizlik, hətta geriləmədir. Bu, bütün bu formaları hər şeyin özünəməxsusluğu ilə düşünmək üçün bir fürsətdir. Mənim bununla heç bir əlaqəm yoxdur. Bu sizin işinizdir.. == Həyatı == Bodriyar Reyms şəhərində işçi ailəsində anadan olub. Filoloq olan Bodriyar, elmi fəaliyyətini alman dili tədqiqatçısı olaraq davam etdirib. Bodriyar ailəsində, sistemli təhsil alan ilk şəxs olduğunu dəfələrlə vurğulayıb.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
Lüdmila Bodniyeva
Lüdmila Bodniyeva (d. 15 sentyabr 1978) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Lüdmila Bodniyeva Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Nepeta bodinieri
Adi pişiknanəsi (lat. Nepeta cataria) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin pişiknanəsi cinsinə aid bitki növü. Calamintha albiflora Vaniot Cataria tomentosa Gilib. [Invalid] Cataria vulgaris Gaterau Glechoma cataria (L.) Kuntze Glechoma macrura (Ledeb. ex Spreng.) Kuntze Nepeta americana Vitman [Illegitimate] Nepeta bodinieri Vaniot Nepeta cataria var. citriodora (Dumort.) Lej. Nepeta ceretana Sennen Nepeta citriodora Dumort. Nepeta laurentii Sennen Nepeta macrura Ledeb. ex Spreng. Nepeta minor Mill.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Photinia bodinieri
Photinia bodinieri (lat. Photinia bodinieri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin fotiniya cinsinə aid bitki növü.
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Sergey Bodrov
Sergey Bodrov (ata) — sovet və Rusiya kinorejissoru, ssenarist, prodüser. Sergey Bodrov (oğul) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas.
Sergey Bodrov (ata)
Sergey Bodrov (rus. Сергей Бодров) — sovet və rus kinorejissoru, ssenaristi, prodüseri və aktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub. Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası. Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb. 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. Elə həmin ildə də Kommunist Partiyasına üzv olub. 1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz").
Sergey Bodrov (oğul)
Sergey Sergeyeviç Bodrov (rus. Сергей Сергеевич Бодров; 27 dekabr 1971, Moskva – 20 sentyabr 2002, Şimali Osetiya) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas. Morfi (film, 2008) / rus.
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Sofi Bodi-Qendrot
Sofi Bodi-Qendrot (30 oktyabr 1942, Verden – 21 sentyabr 2018[…], XV arondisman (Paris)) — təhlükəsizlik məsələləri, şəhər zorakılığı, sosial bərabərsizlik və Avropa və Amerika şəhərlərində gənc miqrantların məruz qaldıqları ayrı-seçkilik mövzularında ixtisaslaşmış fransız politoloqu, kriminoloq və sosioloq idi. O, Siyasi Araşdırmalar İnstitutu (Paris), Nyu Orlean Universiteti, Midlberi kolleci, Kolumbiya Universiteti, Nyu-York Universiteti, Sosial Elmlər Ali Məktəbi, Paris Nanterre Universiteti, Blez Paskal Universiteti, Paris Sorbon Universitetində mühazirələr oxuyub. Bodi-Qendrot ingilis və fransız dillərində 20-dən çox kitabın, eləcə də 150-dən çox fəsil və akademik məqalənin müəllifi və ya birgə redaktoru olub. O, 2005-ci ildə Akademik Palma ordeninə layiq görülmüş və 2012-ci ildə Fəxri Legion Ordeni ilə təltif edilmişdir. Bodi Qendrot 30 oktyabr 1942-ci ildə Verden, Mözdə anadan olub. O, həkim Moris Bodi və rəssam Jaklin Kontantın qızı idi. Bodi-Qendrot 17 yaşına qədər Verdendə böyüdü və Verdendəki Margueritte Liseyində, sonra Parisdəki Sévigné Kollecində təhsil aldı. 1963-cü ildə o, Paris Universitetində ingilis dili üzrə magistr dərəcəsi alıb, beş ildən sonra Parisdəki Siyasi Araşdırmalar İnstitutundan Amerika vətəndaş hüquqları hərəkatı üzrə diplomunu qazanıb və 1979-cu ildə Nyu-Yorkda məktəb münaqişələri sahəsində siyasi elmlər üzrə post-dövlət magistr dərəcəsini əldə etmişdir. O, İngiltərənin Uolsoll şəhərində oxucu kimi vəzifəyə başlayıb və sonra 1964–1965-ci illər arasında Romadakı Amerika Xarici Məktəbində dərs deyib. Bodi-Qendrot Kofremka Rəy Tədqiqat İnstitutunda işləyib və 1975-ci ildə Parisdə Midlberi məktəbinin direktor köməkçisi kimi işləmək üçün Parisə köçməmişdən əvvəl Nyu Orlean Universitetində tələbələrə dərs deyib.
Bodrum Məscidi
Bodrum Məscidi — və ya əvvəllər Mirelayon Kilsəsi (yunanca: Eκκλησία του Μυρελαίου Ekklysia toi Myrelaiou) kimi tanınan, İstanbulda Laləli yaxınlığında Şərqi Roma dövrünə aid dini binadır. == Tarixi == 10-cu əsrdə imparator Romanos Lekapenos tərəfindən Mirelayon monastırının kilsəsi kimi tikilmişdir. İstanbulun fəthindən sonra II.Bayazidin dövründə Sədr vəzir İsa Paşa tərəfindən məscidə çevrilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə kərpicdən tikilib. Dörd dayaqlı qapalı çarpaz plana malikdir. Əsas məkan pəncərələri olan hündür günbəzlə örtülmüşdür. Binanın şərq tərəfində daxili yarım dairəvi və çöldə üç fasadlı apsis, hər iki tərəfində yonca formalı hücrələr vardır. Günbəzin ilkin vəziyyəti qorunub saxlanılmışdır. Məscidin yanında su anbarı da var.
Codonopsis bodinieri
Neştərvari kodonopsis (lat. Codonopsis lanceolata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin kodonopsis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Campanumoea lanceolata Siebold & Zucc. Glosocomia lanceolata (Siebold & Zucc.) Rupr.
Boduen (Belçika kralı)
Boduen (fr. Baudouin) və ya Saksen-Koburqlu Boduen Albert Çarlz Leopold Aksel Mari Qustav (fr. Baudouin Albert Charles Léopold Axel Marie Gustave de Saxe-Cobourg) (7 sentyabr 1930[…] – 31 iyul 1993[…]) — V Belçika kralı. == Mənbə == Conway, Martin (2012). The Sorrows of Belgium: Liberation and Political Reconstruction, 1944-1947. Oxford University Press. ISBN 978-0199694341 Wilsford, David, ed. (1995). Political Leaders of Contemporary Western Europe: A Biographical Dictionary. Greenwood Press.
Stefan Bodzin
Stefan Bodzin (4 avqust 1969, Bremen) — alman DJ, texno və trance prodüseri və rekord sahibi. Stefan Bodzin həmçinin canlı ifaçı kimi çıxış edir. Klassik təhsilli musiqiçi, əsasən elektron musiqi layihələrinin prodüseridir. 2007-ci ilin may ayında Bodzinin debüt albomu "Liebe Ist Herzblut" etiketi ilə buraxılıb. Onun ikinci albomu "Powers of Ten" 2015-ci ildə eyni etiket altında, üçüncü "Boavista" isə 2021-ci ildə buraxılıb. == Bioqrafiya == Bodzin Qərbi Almaniyanın Bremen şəhərində anadan olub və eksperimental musiqiçinin oğludur. Onun ilk uğuru Avropa Teatrları üçün musiqi bəstələməy idi. Prodüserlər Oliver Huntemann və Marc Romboy, Bodzin ilə işləyiblər. O,"Depeche Mode","Booka Shade" və "The Knife" mahnılarını remiks edib. Bunanla belə, Bodzin "Get Physical","Datapunk","Gigolo","Systematic" və "Giant Wheel" rekord etiketlərinidə öz naliyyətlərinin arasına qeyd etdi.
Viburnum bodinieri
Viburnum setigerum (lat. Viburnum setigerum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Viburnum bodinieri H.Lév. Viburnum setigerum f. aurantiacum Rehder Viburnum setigerum var.
Salvia bodeana
Salvia multicaulis (lat. Salvia multicaulis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Arischrada multicaulis (Vahl) Pobed. Stiefia multicaulis (Vahl) Soják === Heterotipik sinonimləri === Salvia bodeana Bunge Salvia pinardii Boiss. Salvia rascheyana Boiss. Salvia szovitsiana Bunge Schraderia acetabulosa Pobed.