BOYNUƏYRİ

кривошеий
BOYMADƏRƏN
BOYNUYOĞUN
OBASTAN VİKİ
Boynuəyri Seyid Abdullah Paşa
Boynuəyri Seyid Abdullah Paşa (v. mart 1761, Hələb əyaləti, Osmanlı imperiyası) — I Mahmud dönəmində 2 il 4 ay 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən ərəb olub, Kərküklü Seyid Həsən Paşanın oğludur. İlk təhsilini tamamladıqdan sonra Əndəruna alındı və sırasıyla silahdar, qapıçıbaşı, qapıçılar kəndxudası və 1738-ci ildə baş miraxur təyin edildi. 1745-ci ildə vəzir rütbəsi alaraq Kipr valisi təyin edildi və saraydan ayrıldı. Daha sonra 1747-ci ildə Aydın valiliyinə gətirildi. Bu vəzifədə ikən Darüssəadə ağası Bəşir ağanın tələbiylə gizlicə İstanbula çağırıldı və 24 avqust 1747-ci ildə sədrəzəm təyin edildi. Onun sədarəti dövründə bəzi əyalətlərdən şikayətlər gəlmiş, sərhəd boyunca yerləşən qala və istehkamların bərpası ləngimişdir. Digər yandan paytaxtdakı bahalıq səbəbilə dükan sahiblərinin kiçik miqyaslı ayaqlanmaları olsa da, bu iğtişaşlar çox böyümədən yatırıldı. Bütün bunlar səbəb göstərilərək Seyid Abdullah Paşa 3 yanvar 1750-ci ildə vəzifədən alındı.

Значение слова в других словарях