Bozcaada qalası
Bozcaada qalası — Türkiyənin ən yaxşı qorunmuş qalalarından biri olan Bozcaada qalasının ilk olaraq nə zaman və kimlər tərəfindən inşa edildiyi bilinmir. Finikiyalılar, Genuya və Venesiyalılar tərəfindən istifadə edilən qala, bugünkü mənzərəsini Fateh Sultan Mehmet dövründə mövcud olan qalıqlar üzərində yenidən inşa edilməsilə almışdır (1455).
== Tarixi ==
Venesiya - Osmanlı arasında gedən mübarizələr zamanı məruz qaldığı təxribatlar sonrası, Körpülü Mehmed Paşa dövründə təmir olunmuşdur (1657). II Mahmud zamanında isə demək olar ki, yenidən inşa edilərək bu günə qədər qorunmuşdur (1815).
Adanın şimal-şərq hissəsində qayalıqlar üzərində inşa edilmiş qalanın ətrafı vaxtında su ilə dolu olan xəndəklə əhatə olunmuşdur. Bir vaxtlar asmalı bir qapı ilə təmin olunmuş indi isə bir körpü üzərindən qalaya girilir. Bir zamanlar içərisində Türk əhalinin yaşadığı iki məscidin olduğu qala içi indi demək olar ki, bomboşdur. Sadəcə festival vaxtlarında verilən konsertlərlə hərəkətə gəlir.
Qala xarici və daxili olmaqla iki hissədən ibarətdir. Xarici Qalada iki cəbhəxanı, bir quyu, iki istehkam yeri, kamacı emalatxanalarının yerləşdiyi bina özülləri, mərasim və təhsil sahələri və keçmişdə qala içində yaşayanların evlərinin yerləşdiyi indi boş bir sahə vardır.