bozca

bozca
bozbənd
bozcalar
OBASTAN VİKİ
Bozca (dəqiqləşdirmə)
Bozca (Əhər) — İranda kənd. Bozca-i Vusta (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Bozca-i Süfla (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Bozca-i Ülya (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Bozca (Əhər)
Bozca — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsinin Gərmaduz kəndistanında, kəndistanın mərkəzi İbişəhməd kəndindən 34 km şimal-şərqdədir.
Bozca-i Süfla (Pərsabad)
Bozca-i Süfla (fars. بوزچه سفلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (63 ailə).
Bozca-i Vusta (Pərsabad)
Bozca-i Vusta (fars. بوزچه وسطي‎) və ya Orta Bozca — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 339 nəfər yaşayır (65 ailə).
Bozca-i Ülya (Pərsabad)
Bozca-i Ülya (fars. بوزچه عليا‎) və ya Yuxarı Bozca — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (26 ailə).
Qışlaq-i Bozca-i Ülya (Pərsabad)
Qışlaq-i Bozca-i Ülya (fars. قشلاق بوزچه عليا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 344 nəfər yaşayır (59 ailə).
Qışlaq-i Bozca-i Süfla-i Yek (Pərsabad)
Qışlaq-i Bozca-i Süfla-i Yek (fars. قشلاق بوزچه سفلي 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (25 ailə).
Bozcaada
Bozcaada (türk. Bozcaada), həm də Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqqala ilinin Bozca ada rayonuna daxildir (Türkiyə). == Adı == Adındanda göründüyü kimi çağdaş türk dilində "boz ada" (türk. bozca — boz, torpaq rəngi, ada) mənasını verir. == Coğrafiya == Adanın sahəsi 37,6 km² təşkil edir. Bu sahəsinə görə Türkiyənin Gökçeada və Mərmərə adasıından sonra üçüncü böyük adasıdır. == Tarixi == Ada Anadolu yarımadasından 5 km aralıda yerləşir. Qədim antik dövrdə adada ilk yunan koloniyaları salınmışdır.
Bozcaada qalası
Bozcaada qalası — Türkiyənin ən yaxşı qorunmuş qalalarından biri olan Bozcaada qalasının ilk olaraq nə zaman və kimlər tərəfindən inşa edildiyi bilinmir. Finikiyalılar, Genuya və Venesiyalılar tərəfindən istifadə edilən qala, bugünkü mənzərəsini Fateh Sultan Mehmet dövründə mövcud olan qalıqlar üzərində yenidən inşa edilməsilə almışdır (1455). == Tarixi == Venesiya - Osmanlı arasında gedən mübarizələr zamanı məruz qaldığı təxribatlar sonrası, Körpülü Mehmed Paşa dövründə təmir olunmuşdur (1657). II Mahmud zamanında isə demək olar ki, yenidən inşa edilərək bu günə qədər qorunmuşdur (1815). Adanın şimal-şərq hissəsində qayalıqlar üzərində inşa edilmiş qalanın ətrafı vaxtında su ilə dolu olan xəndəklə əhatə olunmuşdur. Bir vaxtlar asmalı bir qapı ilə təmin olunmuş indi isə bir körpü üzərindən qalaya girilir. Bir zamanlar içərisində Türk əhalinin yaşadığı iki məscidin olduğu qala içi indi demək olar ki, bomboşdur. Sadəcə festival vaxtlarında verilən konsertlərlə hərəkətə gəlir. Qala xarici və daxili olmaqla iki hissədən ibarətdir. Xarici Qalada iki cəbhəxanı, bir quyu, iki istehkam yeri, kamacı emalatxanalarının yerləşdiyi bina özülləri, mərasim və təhsil sahələri və keçmişdə qala içində yaşayanların evlərinin yerləşdiyi indi boş bir sahə vardır.
Səbihə Bozcalı
Xədicə Səbihə Bozcalı (türk. Sabiha Bozcalı; 1904, Konstantinopol – 1998, Türkiyə) — Türk rəssam və illüstratoru. O, öncə Münxen və Berlində, sonra isə Sanayi-i Nefise məktəbində rəssamlıq təhsili alıb. Səbihə Bozcalı sənaye istehsalını rəsmlərində önə çıxaran ilk qadın rəssam kimi də tanınır. Onun illüstrasiyaları dövrünün qəzetlərində dərc olunurdu. Rəşad Sevinçsoy və Nezih İzmiroğulları kimi illüstratorlarla yanaşı, Rəşad Əkrəm Qoçunun müəllifi olduğu İstanbul Ensiklopediyasının da illüstratorlarındandır. Bozcalı 11 cildlik İstanbul Ensiklopediyası üçün cəmi 901 illüstrasiya işləyib. O, Türkiyənin ilk qadın illüstratorudur. Səbihə Bozcalı, Daxili İşlər naziri vəzifəsində çalışmış Faiq təxəllüsü ilə tanınan Memduh Paşanın sənətkar qızı Handan xanım və Bozcaadalı Həsən Hüsnü Paşanın oğlu admiral Rüştü Paşanın qızıdır. Bozcalı rəssamlıq təhsilinə 5 yaşında olarkən rəssam və muzey direktoru Əli Sami Boyardan dərs alaraq başlayıb.

Digər lüğətlərdə