BRAIN

brain1

n 1. tib. baş beyin; disease of the ~ baş beyin xəstəliyi; 2. pl beyindən bişirilən xörək; 3. ağıl, əqli qabiliyyət; dərrakə, idrak; intellekt; powerful / weak / clear ~ güclü / zəif / aydın dərrakə / idrak; 4. elektron hesablama maşını;

◊ to have smth. on the ~ ancaq bir şey haqqında düşünmək / fikirləşmək; to cudgel / to beat / to puzzle one’s ~s about / with smth. bir şey üstündə baş sındırmaq; to turn smb.’s ~ 1) bir kəsi çaşdırmaq / karıxdırmaq; 2) bir kəsi yoldan çıxartmaq; to have one’s ~s on ice təmkinli / səbirli olmaq

brain2

v 1. başını əzmək / xıncım-xıncım etmək; 2. başına ağır zərbə endirmək

BRAID
BRAIN-CASE
OBASTAN VİKİ
T.N.T. for the Brain
T.N.T. for the Brain ( azəricə "Beyin üçün Trinitrotoluol (TNT)) - 1996-cı ilde Enigma adından çıxarılmiş sinql. Bu sinql Le Roi Est Mort, Vive Le Roi! albomuna daxildir.
Brainly
Brainly — Polşanın Krakov şəhərində yerləşən və baş ofisi Nyu Yorkda olan Polşa təhsil texnologiyaları şirkətidir. O, tələbələr, valideynlər və müəllimlər üçün ev tapşırığı ilə bağlı sualları soruşmaq və cavablandırmaq üçün həmyaşıd öyrənmə platforması təqdim edir. Platformada motivasiya nöqtələri və dərəcələr şəklində oyunlaşdırma elementləri var. Bu, digər istifadəçilərin suallarına cavab verməklə istifadəçiləri onlayn icmaya qoşulmağa təşviq edir. 2020-ci ilin Noyabr ayına olan məlumata görə, Brainly 350 milyon aylıq istifadəçiyə malikdir və bu, onu dünyanın ən populyar təhsil proqramına çevirir.
Valeri Brainin
Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq. Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905–1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919–2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O. A. Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır. 2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu. Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.