BRUTAL

adj amansız, insafsız, rəhmsiz, qəddar, zalım, daşürəkli; a ~ person amansız / insafsız/qəddar/zalım / rəhmsiz adam; a ~ attack amansız hücum; 2. kobud, qaba, ədəbsiz; a ~ lie kobud / qaba yalan; ~ manners kobud / ədəbsiz davranış; ~ amusements ədəbsiz / biabırçı əyləncələr; 3. acı, kəskin, dözülməz, ağır; ~ truth acı həqiqət; 4. iyrənc, xoşagəlməz, sərt; ~ weather iyrənc / xoşagəlməz hava

BRUSQUENESS
BRUTALISATION
OBASTAN VİKİ
Brutalizm
Brutalizm (ing. Brutalism) — 20-ci əsrin əvvəllərinin müasir memarlıq cərəyanından yaranan və 1950–1970-ci ilin ortalarına qədər davam edən memarlıq cərəyanı. Brutalizm öz başlanğıcını ingilis memarları olan Elison və Piter Smitsonun layihələri və teoretik işlərindən götürür. Bu stil Avropanın demək olar ki, bütün ölkələrində, o cümlədən ABŞ, Kanada, Yaponiya, Braziliya, Skandinaviya dövlətləri və SSRİ-də yayılmışdı. == Tarixi == "Brutalizm" terminindən ilk dəfə Elison Smitson və Piter Smitson öz teoretik qeydlərində və məqalələrində istifadə etmişdilər. Onlar bu məqalə və qeydlərdə 50-ci ilin əvvəllərində yaratdıqları memarlıq əsərlərini və fikirlərini izah edirdilər. Termin öz kökünü fransız dilindən ("béton brut" — "emal edilməmiş beton") götürülüb. Le Korbuzye bu terminin köməyi ilə müharibədən sonra tikilən binalarda tətbiq edilən fasad işlənməsi texnologiyasını təsvir edirdi. Termin britaniyalı memar-kritik Rayner Benemin "Yeni brutalizm — etika yoxsa estetika?" (1966) kitabının adı üçün istifadə ediləndən sonra geniş yayılmağa başladı. Benem öz kitabında, xüsusilə Avropada tikilən, müəyyən memarlıq tikintisinin xarakterini təsvir edirdi.

Значение слова в других словарях