BRUTE

brute1

n 1. heyvan; canlı məxluq; 2. həşərat; gnats and other little ~s ağcaqanad və diger başqa xırda həşəratlar; 3. heyvan (xüs. böyük); The horse broke its leg when it fell and the poor brute had to be destroyed At yıxılanda qıçını sındırdı və yazıq heyvam öldürməli oldular; 4. kobud / qaba / hissiyyatsız / ədəbsiz adam

brute2

adj 1. kobud, qaba, heyvani; ~ force heyvani güc; ~ strength heyvani qüvvə; 2. amansız, şiddətli, dəhşətli, dözülməz, ağır; ~ forces of nature təbiətin amansız / dəhşətli gücü; 3. ağılsız, düşüncəsiz; ~ creature düşüncəsiz varlıq; 4. cansız; ~ matter cansız materiya

BRUTALLY
BRUTISH
OBASTAN VİKİ
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Et tu, Brute?
Et tu, Brute? (pronounced [ɛt ˈtuː ˈbruːtɛ]) — azərbaycanca "Sən də mi Brut?" və ya "Hətta sən də, Brut?" kimi tərcümə olunan məşhur latın sözü. Əfsanəyə görə bu, Yuli Sezarın son sözləridir. Sitat, Uilyam Şekspirin Yuli Sezar pyesinin 3-cü aktında 1-ci səhnəsində görünür, burada Roma diktatoru Yuli Sezar öldürülərkən dostu Mark Yuni Brutu sui-qəsdçilərdən biri kimi tanıdıqdan sonra səslənir. Deyilənə görə, bu ifadənin ilk məlum nümunələri Yelizaveta dövrünə aid iki qədim pyesdə görünür; Şekspirin VI Henri 3-cü fəsil və Riçard Edesin Sezar öldürüldü adlı daha qədim pyesi. Bu ifadə əsasən bir dostun gözlənilməz xəyanətini ifadə etmək üçün istifadə olunur. Tarixi Sezarın bu sözləri söyləməsinə dair heç bir dəlil yoxdur. Tarixi Sezarın son sözləri dəqiq bilinməsə də, hadisədən bir əsr yarım sonra Roma tarixçisi Svetoni qeyd edir ki, Sezar ölərkən heç nə deməyib, lakin başqaları Sezarın Bruta son sözlərinin "sən də, övlad" və ya "sən də, gənc adam" anlamına gələn yunanca Kai su, teknon (Και συ τέκνον) ifadəsi olduğunu bildirirlər. Populyar inancın əksinə olaraq, bu sözlər Sezarın tamaşadakı son sözləri deyil, çünki dərhal sonra "O zaman Sezar yıxılsın!" deyir. == Kontekst == E.ə 44-cü il martın 15-də (Mart İdesi) tarixi Sezar, dostu və çırağı olan Brutus da daxil olmaqla bir qrup senatorun hücumuna məruz qaldı.