Polygonum patulum f. budense
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü.
Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.