BULLETIN

bulletin1

n 1. bülleten (qısa rəsmi məlumat); 2. bülleten (müxtəlif idarə və ya müəssisələr tərəfindən dövraşırı nəşr edilən əsərin adı); to read the news ~ xəbərlər bülletenini oxumaq

bulletin2

v 1. bülleten buraxmaq; 2. bülleten vasitəsilə məlumat vermək

BULLETHEADED
BULLETPROOF
OBASTAN VİKİ
Bulletin de Nouvelles
Bulletin de Nouvelles (azərb. Xəbər Bülteni‎) - Osmanlı imperiyasında çap olunmuş ilk qəzet. Qəzet imperiyanın paytaxtı İstanbul şəhərində, fransız dilində 15 gündən bir olmaqla çap edilmişdir. Bulletin de Nouvelles Osmanlı imperiyası ərazisində çap olunan ilk qəzet olaraq qəbul olunur. == Məlumat == XVIII-XIX əsrlər ərzində fransız dili Qərbi Avropanın əsas ünsiyyət dillərindən biri hesab olunurdu. Fransanın XVI əsrdən etibarən Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazilərlə ciddi ticarət əlaqələri mövcud olmuşdur. Bu səbəbdən fransız dili həmin dövrlərdə mətbuatın əsas beynəlxalq dili hesab olunurdu və Osmanlı imperiyasında bu dildəki mətbuat nümunələrini təkcə fransızlar yox, eyni zamanda yəhudi, erməni və yunan əsilli şəxslər də nəşr və çap etdirmişdir. 1839-1922-ci illər arasında Osmanlı imperiyasında fransız dilində 400 dən çox jurnal və qəzet çap olunmuşdur. Bu qəzetlərin bir çoxu İstanbulda yerləşən fransız təmayüllü orta məktəblərin dəstəyi və Fransa Səfirliyinin maddi yardımı ilə çap olunurdu. Müasir Türkiyə ərazisində ilk qəzet 1795-ci ilin avqust ayında nəşr olunmuşdur.