Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seçki bülleteni
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Bulletin de Nouvelles
Bulletin de Nouvelles (azərb. Xəbər Bülteni‎) - Osmanlı imperiyasında çap olunmuş ilk qəzet. Qəzet imperiyanın paytaxtı İstanbul şəhərində, fransız dilində 15 gündən bir olmaqla çap edilmişdir. Bulletin de Nouvelles Osmanlı imperiyası ərazisində çap olunan ilk qəzet olaraq qəbul olunur. == Məlumat == XVIII-XIX əsrlər ərzində fransız dili Qərbi Avropanın əsas ünsiyyət dillərindən biri hesab olunurdu. Fransanın XVI əsrdən etibarən Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazilərlə ciddi ticarət əlaqələri mövcud olmuşdur. Bu səbəbdən fransız dili həmin dövrlərdə mətbuatın əsas beynəlxalq dili hesab olunurdu və Osmanlı imperiyasında bu dildəki mətbuat nümunələrini təkcə fransızlar yox, eyni zamanda yəhudi, erməni və yunan əsilli şəxslər də nəşr və çap etdirmişdir. 1839-1922-ci illər arasında Osmanlı imperiyasında fransız dilində 400 dən çox jurnal və qəzet çap olunmuşdur. Bu qəzetlərin bir çoxu İstanbulda yerləşən fransız təmayüllü orta məktəblərin dəstəyi və Fransa Səfirliyinin maddi yardımı ilə çap olunurdu. Müasir Türkiyə ərazisində ilk qəzet 1795-ci ilin avqust ayında nəşr olunmuşdur.
Black Bullet
Black Bullet (ブラック・ブレット, Burakku Buretto, azərb. Qara güllə‎) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul 2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust 2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali Amerikada Sentai Filmworks tərəfindən, Böyük Britaniyada Animatsu Entertainment tərəfindən, Avstraliyada Hanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali Amerikada Yen Press tərəfindən nəşr olunur. == Məzmun == 2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir.
Bullet for My Valentine
Bullet For My Valentine — 1998-ci ildə İngiltərədə yaranan heavy metal qrupu. == Qrup haqqında == Əslən 1997-ci ildən etibarən Jeff Killed John adıyla heavy metal tərzində oxuyan, xüsusilə Metallica və Nirvana kimi qrupların mahnılarını coverlayan qrup üzvləri 2003-cü ildə qrupun adını və tərzini dəyişdirməyə qərar verdi. Eyni il Roadrunners-dan albom təklifi alan qrup, bu təklifi rədd etdi və qısa bir müddət sonra Sony BMG ilə 5 albomluq bir müqavilə imzaladı. 2004-cü ilin sonlarına doğru qrupun adını daşıyan və Colin Richardson prodüserliyində yazılan EP nümayiş olundu. Onu 2005-ci ildə Trustkill Recordsdan çıxan "Hand of Blood" EP-si izlədi. EP haqqında müsbət olduğu qədər olduqca mənfi şərhlər da qəbul edən qrup, "The Poison" adlı ilk albomlarını 2005-ci ilin sonlarına doğru nümayiş etdi. Siyahılarda üst sıralara qədər çıxan albomun satış rəqəmi 2008-ci ilin fevral ayında 375,000 idi. Qrupun siyahılardakı vəziyyəti çox pis görünməsə də musiqi tənqidçiləri qrupun musiqisini narahat edici və "ortalama" səviyyədə qiymətləndirirdilər. Albomdan çıxan ilk sinql "4 Words to chok Up" oldu. Ardından "Suffocating Under Words of Sorrow (What Can I Do)".