bundan əlavə (bundan başqa, bir də)

and what’s more мало того
bundan bir şey çıxacaq (bir kəs yaxşı ixtisas sahibi olacaq)
bundan savayı (bundan başqa, üstəlik, əlavə)
OBASTAN VİKİ
Başqa bir xoşbəxtlik (roman)
"Başqa bir xoşbəxtlik" - Mark Levi tərəfindən yazılmış roman. == Məzmun == Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə? Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar. ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Bir Də Baxım... (albom)
Bir Də Baxım... – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ikinci studiya albomu.
Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.
Əlavə sinir
On birinci kəllə siniri, XI kəllə siniri və ya sadəcə CN XI olaraq da bilinən əlavə sinir — servikoklavipektoral və trapesiya əzələlərini innervasiya edən kranial sinirdir. On iki cüt kranial sinirin on birincisi kimi təsnif edilir, çünki əvvəllər onun bir hissəsinin beyindən gəldiyi düşünülürdü. Sternokleidomastoid əzələsi başı əyir və döndərir, kürək sümüyü ilə birləşən trapesiya əzələsi isə çiyin çəkmə funksiyasını yerinə yetirir.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Əlavə kapital
Əlavə kapital — dövriyyədənkənar aktivlərin, büdcədən dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş vəsaitlərin, habelə müəssisənin öz kapitalına digər gəlirlərin (məsələn, bağışlanmış əsas vəsaitlərin) əlavə qiymətləndirilməsinin məbləği. Əlavə kapital balansın aşağıdakı elementlərdən ibarət öhdəlik maddəsidir: səhm haqqı — şirkətin səhmlərinin satışı ilə nominal dəyəri arasındakı fərq; məzənnə fərqləri — nizamnamə kapitalının xarici valyutada payının ödənilməsi zamanı yaranan fərqlər; əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı fərq əsas vəsaitlərin dəyəri dəyişdikdə fərqdir. Əlavə kapital dedikdə müəssisənin öz vəsaitləri nəzərdə tutulur.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə qapayıcı sinir
Əlavə qapayıcı sinir (lat. Nervus obturatorius accessorius) bel kələfiniə aid III və IV bel sinirlərinin (L3 və L4) liflərindən təşkil olunmuşdur.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Başqa dünya (film, 2003)
Qaranlıqlar ölkəsi (Underworld) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Şəhərlərdə yaşayan insanlar yeraltında nələr baş verdiyini bilmirlər. İki fərqli irq arasında yaşanılan gərginliyin isə heç fərqinə varılmır. Yerin altı aristokrat vampirlərlə küçələrə hakim olan qurd adamlar – Lycanlar arasında bölünmüş vəziyyətdədir. Bu yeraltı dünyası bir vampirin bir Lycana aşiq olması ilə alt-üst olur. Qısası, savaş bir vampirin bir qurd adamı sevməsi ilə başlayır!
Birinci qisasçı: Başqa müharibə
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.