BƏDRƏĞBƏT
BƏDRƏNG
OBASTAN VİKİ
Bədrənc
Ballınanə (lat. Melissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsi dördkünc, budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Dərman bədrənci
Dərman ballınanəsi (lat. Melissa officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin ballınanə cinsinə aid bitki növü. == İstifadəsi == Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir. Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanm yüngül formalarmda, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. === Əks göstəriş === Bədrəncə qarşı yüksək həssaslıq. === İstifadə qaydası === Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3–4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.

Значение слова в других словарях