Bərbər dəniz quldurları
Bərbər (Barbar, vəhşi) dəniz quldurları (Mərakeş istisna olmaqla, çünki, Mərakeşlilər özlərini Osmanlı kimi qəbul etmədikləri üçün Osmanlı təbələri kimi tanınmırlar) - Ərəb fəthləri dövründən XIX əsrin ortalarına qədər Şimali Afrika bölgəsində döyüşən müsəlman quldurlar.
Məğribin (Barbar sahili) bir çox limanından istifadə edərək Tunis, Tripoli, Əlcəzair və Sale kimi iri bölgələrdə fəaliyyət göstərərək, bütün qərbi Aralıq dənizi sahillərini qorxu içində saxlayırdılar. Quldurların fəaliyyəti təkcə tacir gəmilərinə hücumlarla məhdudlaşmırdı, çox vaxt onlar "razii" - Avropanın sahil şəhərlərində xristian qullarını tutmaq və Əlcəzairdə və ya Mərakeşdəki qul bazarında satmaq üçün xüsusi reydlər təşkil edirdi . Tarix professoru Robert Devisin dediyinə görə, XVI əsrdən XIX əsrə qədər quldurlar 1 milyondan 1,25 milyona qədər avropalını kölə etmiş və satmışdılar. Bu cür basqınların əsas hədəfi İtaliya, İspaniya və Portuqaliyadakı sahil kəndləri olurdu. Lakin bəzən daha uzaq ölkələr - Fransa, İngiltərə, Hollandiya, İrlandiya və hətta İslandiya da daxil olmaqla Skandinaviya ölkələri də belə hücumlardan əziyyət çəkdilər.
Bu hücumların nəticəsi son dərəcə acınacaqlı idi: Fransa, İngiltərə və İspaniya quldurların belə reydlərində minlərlə gəmisini itirdi. İspaniya və İtaliyanın sahil bölgələri boşalırdı. Bu quldur baqsqınları XIX əsrə qədər Aralıq dənizinin qərb sahillərinin tam məskunlaşmasının qarşısını alırdı.
XVI əsrdən etibarən "Əlcəzair ekspedisiyaları" başladı - Avropa dövlətlərinin Əlcəzairdəki quldur yuvalarına qarşı bir sıra dəniz və desant yürüşləri.