Əhməd Cənnəti
Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti (fars. احمد جنتی; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir.
O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür. Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir. Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.
== İstinadlar ==
== Xarici keçidlər ==
Membership history Arxivləşdirilib 3 mart 2016 at the Wayback Machine
There is no hope for a free election
Jannati and Karroubi debate on the policy for the evaluation of candidates (BBC Persian)
The Gates of the U.N. and the Security Council Should Be Closed
The English Are the Father of the Great Satan Excerpts from a Friday sermon at Tehran University, Feb. 2005
To the U.S: Invade Iran, If You Dare Feb.