CƏRİ

ə. cürətli, qorxmaz, igid, cəsarətli.

CƏRHİ
CƏRİDƏ
OBASTAN VİKİ
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur. Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Cəriri məzhəbi
Cəriri məzhəbi (ərəb. المذهب الجريري‎) — IX əsrdə əsası qoyulmuş və 10-cu əsrdə fəaliyyətini dayandıran sünni islamda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Təbəristandan (müasir İran) olan fars əsilli məşhur müsəlman ilahiyyatçısı İbn Cərir ət-Təbəridir (839–923). İbn Cərir Qurana dair ən yaxşı teoloji şərhlərdən birinin (Təfsir ət-Təbəri) müəllifi olmaqla yanaşı, həm də hədis (ilm əl-hədis) və İslam hüququ (fiqh) üzrə alim idi. Uzun müddət hüquqi məsələlərdə əş-Şafiinin davamçısı olan ət-Təbərinin məzhəbi Şafii məzhəbindən çox da fərqlənmirdi və bir çox mühüm cəhətlər bu məzhəbdən götürülmüşdü. Gəncliyində Əhməd ibn Hənbəldən dərs almaq niyyəti ilə Bağdada səfər edən (lakin onun sağlığında tapa bilməyən) ət-Təbəri, sonradan dəfələrlə hənbəlilərlə qızğın polemikaya girmiş və onun ardıcılları hənbəli məzhəbinin enerjili müxalifləri olmuşdur. Təbəri ilə Hənbəlilər arasında düşmənçilik o qədər şiddətlənmişdir ki, 923-cü ildə Təbəri vəfat etdikdən sonra hənbəlilərin dəfni pozmaması üçün o, gecə gizli şəkildə dəfn edilmişdir. Cəriri məktəbi qadınların roluna liberal münasibətilə seçilirdi. Məsələn: Cəririlər qadınların hakim ola biləcəyini və kişilərə namaz qıldıra biləcəyini düşünürdülər. Cəriri məzhəbinin ciddi şəkildə qınadığı fiqhi üstünlük məsələsində də Hənəfi məzhəbi ilə ziddiyyətləri tapılmışdır.
Cərid gölü
Cərid (ərəb. شط الجريد‎) — Tunisin mərkəzində duzlu göl və şoranlıq. Duzlu göl Böyük Səhranın daxilinə doğru uzanır. Qabes körfəzindən bir qədər aralıda yerləşir. == Təsviri == Qış yağışları axarsız duzlu gölə çevrilir. Sahəsi 5—7 min. km². təşkil edir. Yay ayları isə göl tamamən quruyur və burada ilğım müşahidə edilir. Burada yay ayları temperatur +50 °C qədər artır.