CAMPER

n 1. düşərgə sakini, düşərgədə yaşayan adam; turist; 2. bağçı, bağda yaşayan adam

CAMPAIGNER
CAMPFIRE
OBASTAN VİKİ
Con Camper
Con Camper (ing. John M. Jumper; 1985, Litl-Rok) — Amerikalı kimyaçı və kompüter alimi. Hal-hazırda DeepMind Technologies-də direktor vəzifəsində çalışır. Camper və onun həmkarları yüksək dəqiqliklə amin turşusu ardıcıllığından protein strukturlarını proqnozlaşdırmaq üçün süni intellekt (AI) modeli olan AlphaFold yaratmışlar. O bildirib ki, AlphaFold komandası 100 milyon protein strukturu istehsal etməyi planlaşdırır. Nature elmi jurnalı Camperi 2021-ci ildə Nature's 10-un illik siyahısına elmdə "önəmi olan on insan"dan biri kimi daxil etmişdir. Camper zülal strukturlarına dair proqnozlarına görə 2024-cü il Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. == Həyatı == Camper 2007-ci ildə Vanderbilt Universitetində fizika və riyaziyyat üzrə bakalavr dərəcəsi, 2010-cu ildə Kembric Universitetində nəzəri qatılaşdırılmış maddə fizikası üzrə fəlsəfə magistri, və nəzəri kimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 2017-ci ildə Çikaqo Universitetində onun doktorluq məsləhətçiləri Tobin R Sosnick və Karl Freed olmuşdur. (Demis Hassabis və Devid Bayker ilə birgə) == Mükafatlar və fəxri fərmanlar == 2020-ci ilin noyabr ayında AlphaFold Struktur Proqnozunun Kritik Qiymətləndirilməsi (CASP) müsabiqəsinin qalibi seçildi.
Aloe camperi
Aloe camperi (lat. Aloe camperi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.