CARD-CASE

n vizit kartoçkası üçün qutu

CARD
CARD-CATALOGUE
OBASTAN VİKİ
Extra Card
== Haqqında == Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. ==== Extra Card çeşidləri ==== bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. ==== Extra Card xüsusiyyətləri ==== İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-da qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya Müharibəsindən sonra, xarici işçilərin ABŞ-a köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-da Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-da yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-da daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-a gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
I Rest My Case
I Rest My Case — amerikalı repçi YoungBoy Never Broke Again-in beşinci studiya albomu. 6 yanvar 2023-cü ildə Motown Records və Never Broke Again tərəfindən buraxılıb.