Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Extra Card
== Haqqında == Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. ==== Extra Card çeşidləri ==== bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. ==== Extra Card xüsusiyyətləri ==== İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Green card
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-da qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya Müharibəsindən sonra, xarici işçilərin ABŞ-a köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-da Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-da yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-da daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-a gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX–XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədilə də "şair" əvəzinə "bard" deyirlər.
VCard
vCard — elektron biznes kartlarının ötürülməsi üçün fayllar formatıdır. vCard-fayl hərəsinin özündə bir biznes kartı saxlayan müxtəlif vCard-yazılardan ibarətdir. vCard-yazı özündə ad, ünvan, telefon nömrələri, URL, loqo, video və audio parçalar birləşdirə bilər. Формат vCard və ya Versitcard formatı 1995-ci ildə Apple Computer, AT&T (sonradan Lucent), IBM və Siemens-in daxil olduğu Versit konsorsium tərəfindən hazırlanılıb. 1996-cı ilin dekabr ayında formata olan bütün haqlar Internet Mail Consortium-a keçib. 2.1 versiyası çoxlu sayda poçt kliyentləri tərəfindən dəstək alıb. 3.0 versiyası RFC 2425 və RFC 2426-da izah olunub. Adətən vCard faylı .vcf genişlənməsinə malik olur. BEGIN:VCARD VERSION:3.0 N:Oder;Orxan FN:Orxan Oder ORG:AzViki URL:http://az.wikipedia.org/ EMAIL;TYPE=INTERNET:[email protected] END:VCARD vCard özündə bu xüsusiyyətləri birləşdirir: *FN, *N, NICKNAME, *PHOTO, *BDAY, *ADR, *LABEL, *TEL, *EMAIL, *MAILER, *TZ, *GEO, *TITLE, *ROLE, *LOGO, *AGENT, *ORG, CATEGORIES, *NOTE, PRODID, *REV, SORT-STRING, *SOUND, *URL, *UID, *VERSION, CLASS, *KEY bax. vCard RFC 2425 genişlənməsində olduğu üçün o həm də bu uyğunluqları dəstəkləyir: SOURCE, NAME, PROFILE, BEGIN, END. vCard "X-" prefiksli şəxsi genişlənmələri dəstəkləyir.
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
CAD
CAD — Kompüter dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir. == Ümumi məlumat == CAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur. Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
Jaguar Cars
Jaguar — İngiltərə mərkəzli bir avtomobil markasıdır. 1920-ci ildə qurulan firmanı BLMC (British Leyland), 1990-cı ildə Forda satdı. Jaguar, 2008-ə qədər Fordun PAG adı verdiyi və Land Rover, Volvo, Aston Martın kimi lüks və prestijli markalardan meydana gətirdiyi alt qrupunda iştirak edirdi. 26 Mart 2008 tarixində Hindistanın ən böyük avtomobil markası Tataya satıldı. Ən əhəmiyyətli modeli 1965-ci ildə bazara yürüdülən E-Type, böyük bir satış müvəffəqiyyəti əldə etdi. Digər bir əhəmiyyətli model isə 1970-80-cı illər dövründə çıxarılan XJ-S 2 qapılı modeldir. Jaguar, avtomobillərinin mühərrik kapotunun üstündə iştirak edən və tullanan Jaguar fiqurunu, meydana gələ biləcək qəzalarda, piyadaların yaralanma riskini azaltmaq üçün dəyişdirmişdir. Firma, çıxardığı yeni modellərinə bu Jaguar fiquru yerinə, Jaguar şəkilli bir lövhə vurur.
La-Qard
La-Qard (Yuxarı Provans Alpları)
Lotus Cars
Lotus Cars, 1952-ci ildə İngiltərədə Colin Chapman tərəfindən qurulmuş avtomobil şirkətidir. Bu gün şirkət Protonun bir hissəsidir.
MG Cars
MG Cars — 1924-cü ildən 2005-ci ilə qədər idman avtomobilləri çıxaran Britaniya avtomobil markası. İki qapılı üstü açıq idman avtomobilləriylə tanınır. 2005-ci ilin iyul ayında Çinin Nanjing Avtomobil Qrupu MG adını və onun istehsal müəssisələrini satın aldı. "MG" adını və fabrikini satın alan ikinci Çin şirkəti Nanjing de, Çin və İngiltərədə NAC MG adı ilə istehsalata başladı. 2007-ci ildən bəri Çinin digər SAÍC qrupu ilə birləşərək istehsala davam etdilər.
Malena Mard
Malena Mard — Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri (2013-cü ildən)
Melo zard
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qrin kard
Qrin kart (ing. Green card) — ABŞ-də bir kəsə daimi yaşamağa və işləməyə icazə verən sənəd. ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndələr Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı "Green card" lotereyası adlanan 50 min daimi sakinlik vizası verir. 1990-cı ildə yaranan lotereya Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməyi nəzərdə tutur.
Vard Kanninqem
Hovard G. Kanningem (26 may 1949, Miçiqan-Siti[d], İndiana) — Viki-nin ilkin versiyasını hazırlayan və Çevik proqram təminatının inkişafı manifestinin müəllifi olan Amerikalı kompüter proqramçısıdır. Həm dizayn nümunələri , həm də ekstremal proqramlaşdırma sahəsində qabaqcıl olan Hovarda, 1994-cü ildə VikiVikiVeb- i kodlamağa başladı və onu Portland Pattern Repository əlavəsi kimi 25 mart 1995-ci ildə c2.com-da (proqram məsləhətçiliyinin veb-saytı) quraşdırdı . Kanningem wiki tədqiqatı və təcrübəsi ilə bağlı WikiSym konfrans seriyasının ilk üç instansiyasında , həmçinin Wikimedia Developer Summit 2017-də əsas məruzəçi olub. Hovard G. Kanninqem 26 may 1949-cu ildə İndiana ştatının Miçiqan şəhərində anadan olub . O, orta məktəbə İndiana ştatının Highland şəhərində gedib. 1978-ci ildə fənlərarası mühəndislik (elektrik mühəndisliyi və kompüter elmləri) üzrə bakalavr dərəcəsini və kompüter elmləri üzrə magistr dərəcəsini bitirib. O, həmçinin Wyatt Software-də Ar-Ge direktoru və tektronix kompüter tədqiqat laboratoriyasında baş mühəndis vəzifələrində çalışmışdır. O, Federal Rabitə Komissiyası tərəfindən verilmiş həvəskar radio əlavə sinif lisenziyasına malikdir və onun zəng işarəsi K9OX-dir Kanningem ideyası ilə hesablanır: "İnternetdə düzgün cavabı əldə etməyin ən yaxşı yolu sual vermək deyil, səhv cavabı yerləşdirməkdir". İnsanların suala cavab verməkdənsə, səhv cavabı düzəltmək istəklərindən irəli gəlir. Steven McGeady-nin dediyinə görə , Kanninqem 1980-ci illərin əvvəllərində ona bu barədə şıltaqlıq edərək məsləhət verib və McGeady bunu Kanningem Qanunu adlandırıb .
Vard Kanningem
Hovard G. Kanningem (26 may 1949, Miçiqan-Siti[d], İndiana) — Viki-nin ilkin versiyasını hazırlayan və Çevik proqram təminatının inkişafı manifestinin müəllifi olan Amerikalı kompüter proqramçısıdır. Həm dizayn nümunələri , həm də ekstremal proqramlaşdırma sahəsində qabaqcıl olan Hovarda, 1994-cü ildə VikiVikiVeb- i kodlamağa başladı və onu Portland Pattern Repository əlavəsi kimi 25 mart 1995-ci ildə c2.com-da (proqram məsləhətçiliyinin veb-saytı) quraşdırdı . Kanningem wiki tədqiqatı və təcrübəsi ilə bağlı WikiSym konfrans seriyasının ilk üç instansiyasında , həmçinin Wikimedia Developer Summit 2017-də əsas məruzəçi olub. Hovard G. Kanninqem 26 may 1949-cu ildə İndiana ştatının Miçiqan şəhərində anadan olub . O, orta məktəbə İndiana ştatının Highland şəhərində gedib. 1978-ci ildə fənlərarası mühəndislik (elektrik mühəndisliyi və kompüter elmləri) üzrə bakalavr dərəcəsini və kompüter elmləri üzrə magistr dərəcəsini bitirib. O, həmçinin Wyatt Software-də Ar-Ge direktoru və tektronix kompüter tədqiqat laboratoriyasında baş mühəndis vəzifələrində çalışmışdır. O, Federal Rabitə Komissiyası tərəfindən verilmiş həvəskar radio əlavə sinif lisenziyasına malikdir və onun zəng işarəsi K9OX-dir Kanningem ideyası ilə hesablanır: "İnternetdə düzgün cavabı əldə etməyin ən yaxşı yolu sual vermək deyil, səhv cavabı yerləşdirməkdir". İnsanların suala cavab verməkdənsə, səhv cavabı düzəltmək istəklərindən irəli gəlir. Steven McGeady-nin dediyinə görə , Kanninqem 1980-ci illərin əvvəllərində ona bu barədə şıltaqlıq edərək məsləhət verib və McGeady bunu Kanningem Qanunu adlandırıb .
Cari aktivlər
Cari aktivlər (ing. current assets) — bir istehsal dövrü və ya bir il ərzində nağd pula çevrilə bilən aktivlər. Şirkətin uzunmüddətli aktivlərindən fərqli olaraq, cari aktivlərin davamlı olması nəzərdə tutulmur. Cari aktivlər balansın ikinci bölməsində əks etdirilir.
Vard Petre
Vard Petre (30 yanvar 1997) — Belçikalı şort-trekçi. Vard Petre Belçikanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Vard Petre birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Petre 2:17.362 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Google Bard
Gemini, əvvəlki adı ilə Bard — Google tərəfindən yaradılmış, əvvəlcə böyük dil modellərinin (LLM) LaMDA ailəsinə və daha sonra PaLM-ə əsaslanan dialoqlu generativ süni intellekt çatbotu. O, ChatGPT-nin yüksəlişinə cavab olaraq hazırlanmışdır və may ayında digər ölkələrə yayılmazdan əvvəl 2023-cü ilin martında daha mülayim reaksiyalara görə məhdud həcmdə buraxılmışdır. LaMDA 2021-ci ildə hazırlanmış və elan edilmişdi, lakin ictimaiyyətə açıqlanmamışdı. OpenAI-nin 2022-ci ilin noyabrında ChatGPT-ni buraxması və onun sonrakı populyarlığı Google rəhbərlərini hazırlıqsız yaxaladı və onları panikaya saldı və sonrakı aylarda kütləvi və görünməmiş səviyyədə cavaba səbəb oldu. İşçi qüvvəsini səfərbər etdikdən sonra şirkət 2023-cü ilin fevralında Bard-ı işə salmağa başladı və çatbot 2023-cü ilin may ayında Google I/O tədbiri zamanı əsas yer tutdu. == Zəmin == 2022-ci ilin noyabrında OpenAI böyük dil modellərinin (LLM) GPT-3 ailəsinə əsaslanan çatbot olan ChatGPT-ni istifadəyə verdi. ChatGPT yayımlandıqdan sonra bütün dünyada diqqəti cəlb edərək viral internet fenomeninə çevrildi. ChatGPT-nin Google Axtarış üçün potensial təhlükəsindən narahat olan Google rəhbərləri şirkətin süni intellekt səylərinə kömək etmək üçün bir neçə komandanı yenidən təyin edərək "qırmızı kod" xəbərdarlıq siqnalı verdilər. Google və ana şirkət Alphabet-in baş direktoru Sundar Piçayın xəbərdarlıq siqnalı verdiyi geniş şəkildə bildirildi, lakin Piçay daha sonra The New York Times-da bunu təkzib etdi. Nadir və görünməmiş bir hərəkətlə 2019-cu ildə Alphabet-in baş direktorları vəzifəsindən istefa verən Google həmtəsisçiləri Larri Peyc və Sergey Brin, Google-un ChatGPT-yə verəcəyi reaksiyanı müzakirə etmək üçün şirkət rəhbərləri ilə təcili görüşlərə çağırıldılar.
CADD operator
CADD sistemi
Cared Daymond
Cared Daymond (10 sentyabr 1937, Boston) — ABŞ antropoloqu, ekoloqu, coğrafiyaşünası, bioloqu və yazıçısı. Onun "Tüfəng, Mikrob və Dəmir" adlı kitabı "Pulitzer" mükafatına layiq görülüb. 2013-cü ildən Kaliforniya Universitetində coğrafiya professorudur. 2005 və 2008-ci ildə ABŞ xarici polis və İngiltərə prospekt jurnallarının internet səhifələrində oxuçuları ilə özünə cəlb etmişdir. Dünyanın ilk 100 intelektual siyahısında 9 və 31 yerdə olmuşdur. == Həyatı == Cared Daymond ABŞ-ım Massaçusets ştatının Boston şəhərində anadan olub. Atası həkim, anası müəllimdir. 1958-ci ildə Harvard Universitetini bitirib. 1961-ci ildə Kembric Universitetində fizika üzrə doktor olub. 1966-cı ildə Kaliforniya Universitendə dərs deməyə başlayıb.
Rohit Çand
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Çarx çörəyi
Çarx çörəyi (az-əbcəd. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Hipparkos Kataloqu
Hipparkos kataloqu (HIP) — Hipparcos kosmik teleskopu ilə 1989-1993-cü illərdə ulduzların qeydə alındığı kataloq. Ən dəqiq ulduz kataloqu hesab edilir.
Köxel kataloqu
Köxel kataloqu (alm. Köchel-Verzeichnis‎, ing. Köchel catalogue) — Lüdviq fon Köxel tərəfindən yaradılmış Volfqanq Amadey Motsartın əsərlərinin xronoloji ardıcıllıqla sıralandığı kataloqdur. Adətən K. və ya KV. abbreviaturası ilə qeyd edilir. Əsərlərin Köxel kataloqundakı sıra nömrələri onların bəstəkarın yaradıcılıq xronologiyasında tutduğu yeri göstərməklə, həm də əsərin özünə qısa istinad verir. Köxelin sırlamasına görə "Rekviyem re-minor" Motsartın 626-cı əsəri olduğuna görə "К. 626" nömrəsi ilə qeyd edilir; lakin, Köxelin orijinal kataloqu (1862) iki dəfə redaktə edilmişdir və buna görə də bəzi əsərlər (məsələn "Valtorn üçün birinci konsert K.(412+514)/386b") üç KV. nömrəsinə malikdir. == Tarixi == Motsartın vəfatından sonrakı onilliklərdə onun əsərlərinin kataloqlaşdırılmasına bir neçə dəfə cəhd edilmişdir. Franz Qlyesner və İohann Anton Andre tərəfindən hazırlanmış kataloq tam olmasa da 1833-cü ildə çap edilmişdir. Motsartın əsərlərinin əhatəli tam kataloqu Lüdviq fon Köxel tərəfindən hazırlanmış və 1862-ci ildə ilk dəfə nəşr edilmişdir. Köxelin 551 səhifəlik kataloqu “Chronologisch-thematisches Verzeichnis sämmtlicher Tonwerke W. A. Mozarts” (azərb.
Ulduz kataloqu
Ulduz kataloqu — ulduzları siyahıya alan astronomik kataloq. Astronomiyada bir çox ulduz sadəcə kataloq nömrələri ilə ifadə edilir. İllər ərzində fərqli məqsədlər üçün çıxarılmış çox sayda fərqli ulduz kataloqu var. Ulduz kataloqu babillilər, yunanlar, çinlilər, farslar və ərəblər də daxil olmaqla bir çox xalq tərəfindən yaradılmışdır. Müasir kataloq elektron formatda mövcuddur və sərbəst kosmos agentliklərinin məlumatları bazasında saxlanılır.
Aaarne-Tompson Kataloqu
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi. == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S. Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi.