Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu.
Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir.
Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır.
Mürəbbə
Jele
Marmelad
Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
The principles of jelly-making, by N.E. Goldthwaite ...