Cillis sezalpiniyası
Erythrostemon gilliesii (lat. Erythrostemon gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin erythrostemon cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir.
== Botaniki təsviri ==
Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır.
Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir.