Cincartala — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Balakən çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Toponim cincar (bitki) və
tala (ətrafa nisbətən fərqli sahə) sözlərindən düzəlib, "cincar otu bitən tala"
mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır.