CITY

city1

n 1. şəhər, böyük şəhər (İngiltərədə); bələdiyyə, bələdiyyə idarəsi olan şəhər (ABŞ-da); to live in the ~ şəhərdə yaşamaq; in the ~ of Baki Bakı şəhərində; capital ~ mərkəz şəhər, paytaxt; 2. the City Siti (Londonun işgüzar hissəsi)

city2

adj şəhər; ~ council bələdiyyə şurası; ~ hall amer. şəhər idarəsi, bələdiyyə; ~ government şəhər muxtariyyəti; ~ manager amer. şəhər bələdiyyə başçısı; ~ library şəhər kitabxanası; ~ entrances şəhərə girişlər;

◊ Federal City amer. ABŞ-ın mərkəzi (Vaşinqton); Eternal City Əbədi şəhər (Roma)

CITRUS
CITY-BORN
OBASTAN VİKİ
City-Hochhaus
City-Hochhaus (azərb. Şəhərdə çoxmərtəbəli bina‎) — Saksoniya federal əyalətindəki Almaniyanın Leypsiq şəhərinin mərkəzindəki yüksək mərtəbəli ofis binası, şəhərdəki ən hündür bina. Universitetin ehtiyacları üçün inşa edilən, hələ də kollektiv olaraq adlandırılır. == Xüsusiyyətləri == City-Hochhaus, 1968-1972-ci illərdə Berlin memarı Alman Henselmannın layihəsi əsasında Karl Marks Meydanında yeni universitet şəhərciyi yaradılması zamanı qısa müddətdə Almaniyanın ən hündür binasına çevrildi. Latın hərfi şəklində bir kəsiyi olan və memarın küləkdə dalğalanan bir bayrağını xatırladan universitetin göydələninin çəkilişi (şəhər sakinlərinin təsvirində - açıq kitab) 1968-ci il oktyabrın 4-də baş verdi.
City Lights
City Lights (azərb. Şəhər işıqları‎) — Belçikanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Blanş "City Lights" mahnısı ilə Belçikanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mahnının musiqisi və sözləri Belçikalı bəstəkar Pyerr Dumulinə aiddir.
Owl City
Adam Young 5 iyul 1986-cı ildə ABŞ-də anadan olub. Musiqiçidir. İlk albomu "Ocean Eyes" (Okeanın gözləri) adlanır (2009). Digər albomları: "Maybe I'm Dreaming", "Sky Sailing", "The Midsummer Station", "All Things Bright and Beautiful", "Of June" Əsl adı:Adam Young Ləqəbi:Owl city == Mahnıları == Fireflies Good Time (Carly Rae Jepsen ilə) Vanilla Twilight Hello Seattle Shooting Star When Can I See You Again?
Wicked City
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
City Girls
City Girls — Yung Miami (Caresha Romeka Brownlee; fevral 1994-cü il) və JT-dən (Jatavia Shakara Johnson; dekabr 1992-ci il) ibarət amerikan hip hop qrupu.
City of Angels
City of Angels — Thirty Seconds to Mars rok qrupunun Lust, Love, Faith and Dreams albomuna daxil olan çıxış mahnısıdır.
Crocus City Hall
Crocus City Hall — Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalı. Crocus Group-un təsisçisi Araz Ağalarov "Crocus City Hall" konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.
First City Tower
First City Tower - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Hündürlüyü 202 metrdir. Binada 49 mərtəbə var, tikintisi 1981-ci ildə bitmişdir. İndi bu bina hündürlüyünə görə şəhərdə 14-cü yeri tutur. Göydələn ofis sahələri ilə 120,000 m² yer tutur.
Oklahoma City Thunder
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Ponte City Apartments
Ponte City Apartmens – Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən göydələn. == Ümumi məlumat == Ponte city Apartments göydələni silindr formasında tikilmişdir ki, bunun nəticəsində günəş işığı mənzillərə daxili tərfdən də girə bilir. 55 mərtəbəli bu bina 173 metrdir(567,6 fut). Bu bina yaşayış binası kimi tikilmişdi. Ponte City Apartmens göydələninin memarı Manfred Xermer olmuşdur. == Tarixi == 1970-ci illərdə bina Yohanessburqda ən nüfuzlu yaşayış binalarından biri idi, lakin 1980-ci illərin sonlarında ərazidə cinayət kəskin şəkildə çoxaldığına görə sakinlər binadan ayrıldı və bina bandalar tərəfindən tutuldu. XXI əsrin əvvəllərində bina və ətraf ərazini bərpa etmək üçün cəhdlər edilmişdir, lakin 2007-ci il ipoteka böhranı əmlak qurucularının planlarını qismən pozub. Bina 2015-ci ildən etibarən yaşayış yeridir, 24 saat mühafizə olunur və biyometrik giriş nəzarəti sistemi ilə təmin olunur.
"Crocus City Hall" hücumu
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
Crocus City Hall hücumu
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
True Crime: New York City
True Crime: New York City - oyunu Luxoflux tərəfindən hazırlanan, Activision tərəfindən nəşr edilən açıq-dünya aksion-macəra janrlı oyundur. Bu oyunun PlayStation 2 və Xbox platformaları üçün olan versiyası 15 noyabr 2005-ci il, Microsoft Windows platforması üçün olan versiyası isə 24 mart 2006-cı ildə satışa çıxarılmışdır. Bu oyun True Crime: Street of LA oyununun növbəti versiyasıdır. Adından da göründüyü kimi hadisələr New Yorkda baş verir. Baş qəhrəman Marcus polis departamentində işləyir. Oyunda həm atıcılığa, həm də döyüşə üstünlük verilir. Burada şəhər olduqca böyükdür.
Mafia: The City of Lost Heaven
Mafia: The City of Lost Heaven (azərb. Mafia: İtmiş cənnət şəhəri‎) — Illusion Softworks tərəfindən yaradılan və Üçüncü-şəxs atıcı janrında olan oyun. Oyun Avropada 6 sentyabr 2002-ci ildə, Amerika Birləşmiş Ştatlarında isə 28 avqust 2002-ci ildə çıxmışdır. Take-Two Interactivein verdiyi məlumata görə oyun 2 milyon nüsxə satılmışdır. 7 sentyabr 2010-cu ildə oyun Steam platformasına uyğunlaşdırılmışdır. Oyunda hadisələr Lost Heaven adlı şəhərdə baş verir. Oyunun əsas süjet xətti 30-cu illər ABŞ-da yaşanmış Mafia mübarizələri təşkil edir. == Giriş == == Məzmun == == Personajlar == Tomas Angelo (ingiliscə Thomas Angelo ) Oyunun əsas personajıdır. Tomas əvvələr taksi sürücüsü işləmişdir. Sonralar mafia aləminə qoşulmuşdur.
Good Kid, M.A.A.D City
Good Kid, M.A.A.D City (orijinal adı: good kid, m.A.A.d city.) — ABŞ repçisi Kendrik Lamarın ikinci studiya albomu. 22 oktyabr 2012-ci ildə Top Dawg Entertainment, Aftermath Entertainment və Interscope Records tərəfindən buraxılıb.